edərək qəhərdən boğulan insanların üzərinə
sərin su çilədi.
Heydər Әliyev kimi bir dahini yetirən xalq
da dünyanın düşüncə tərzinə öz təsirini
göstərdi. Dünya tarixində görünməmiş hadisə
baş verdi. Xalq 7 gün gecədən sabaha qədər öz
liderinin, böyük öndərinin məzarını ziyarət
etdi və dünyaya məzarıstan ziyarətinin yeni
mədəniyyətini öyrətdi. Bu, Heydər Әliyev
şəxsiyyətinin və onun həmişə fəxr etdiyi
Azərbaycan xalqının birlikdə sivilizasiya
mədəniyyətinə uğurlu təsirinin nümunəsi idi.
Proses qanunu
Kim lider olmaq istəyirsə, o hər gün ciddi
çalışmalı, lazımi vərdişlərə yiyələnməli, lider‐
lik qabiliyyətini inkişaf etdirməlidir.
Lider olmaq istəyənlər aşağıdakı dörd
mərhələdən keçməlidirlər:
1. İnsan nəyi bilmədiyini bilmək mərhə ‐
ləsi;
2. İnsan bilir ki, nəyi bilmir;
3. İnsan inkişaf etdiyini, çox şeyi bildiyini
anlayır;
4. Lider bildiyini istifadə edir.
Liderlik keyfiyyəti bir gündə qazanılmır,
bunun üçün bütöv bir ömür lazımdır. Dahi
liderlər o liderlərdir ki, proses qanununa ciddi
əməl edərək qeyd olunan hər bir mərhələni
nəzərə alaraq özlərini inkişaf etdirirlər, təbiətin
bəxş etdiyi yüksək liderlik potensialını uğurla
istifadə edirlər.
Bu baxımdan ulu öndər Heydər Әliyev
şəxsiyyəti gözəl bir nümunədir. Onun həyatı
proses qanununun məharətlə istifadəsinə bir
nümunədir. Heydər Әliyev yüksək potensiala
malik gəncləri hər zaman proses qanununun
şərtləri daxilində yaşamağa, inkişaf etməyə dəvət
edirdi, onlara bu inkişaf üçün şərait yaradırdı,
ucalmağa gedənləri stimullaş dı rırdı.
Dostları ilə paylaş: