ğındadır». Ә.Xaqaninin qənaəti isə belədir:
«Qızılın əyarını məhək, sözün qiymətini söz
sərrafı bilər». Әsrlərin, min illərin о üzündən
gələn bu qiymətli fikirləri məhz Heydər
Әliyevə ünvanlamaq, ona aid etmək olar. О öz
təfəkkürü və nitqi ilə ağılları fəth edirdi. О öz
nitq mədəniyyəti ilə etalona çevrilmişdi. O öz
danışıq tərzi ilə nümunə idi. O, nitqinin
səlisliyi, sistemliliyi, ardıcıllığı, məntiqliliyi,
habelə səsinin tembri, diksiyası, intonasiyası,
hə a üz cizgiləri, mimikası ilə auditoriyanı
valeh edir, onu zənginləşdirir, tərbiyə edirdi.
Sanki qarşısında dilin bütün incəliklərinə
dərindən bələd olan, uzun illər natiqlik, nitq
mədəniyyətindən dərs verən mahir bir dilçi
alim çıxış edirdi. Onun nitqində həmişə insanı
valeh edən yeni‐yeni çalarlar tapırdın. Bu
nitqdə hər şey yerli yerində idi, artıq heç nə
yox idi. Bu nitq mükəmməl, kamil bir nitq idi.
Bu gün Ana dilimizin dövlət statuslu dillər
arasında olmasına görə ona borc lu yuq. Heç
şübhəsiz, dil xalqın möv cud luğunu, mil lətin
simasını səciyyələndirən əsas amillərdən
biridir. Dil xalqın mənəvi dəyərlərinin keyfiy ‐
yət göstəricisidir. Məhz cənab Heydər Әliyev
öz ağıllı qərarları ilə yanaşı, sanki danışığı,
nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz
bir alim, böyük bir mütəfəkkir idi. Yaxşı
yadımdadır, Respublika sarayında görkəmli
alim, ictimai xadim, elm təşkilatçısı, akademik
Yusif Məmmədəliyevin 90 illik yubileyi keçiri ‐
lirdi. Heydər Әliyev iki min nəfərdən çox
insanın qarşısında 45 dəqiqə ərzində nitq
söylədi: heç bir yazılı qeyd‐filan olmadan. O,
çıxışında Yusif Məmmədəliyevin böyük kim ‐
yaçı alim olduğunu təsdiq edən onlarca kimya
sitatlarını, kimyəvi terminləri də yanılmadan
nümunə gətirdi. Və bu çıxışı ilə də hamını
heyrətə gətirdi! Bəli, bu cür nitqi yalnız О edə
bilərdi və etdi də.
O, əsl dövlət lideri kimi hərtərəfli, zəngin
biliyə, möhkəm yaddaşa, analitik təfəkkürə
malik idi. Odur ki, o, tarixçilərin, musiqi çilə ‐
rin, yazıçı və şairlərin, fiziklərin, kimyaçıların
və s. məclislərində sənət sahiblərinin öz
dillərində danışmağı bacarırdı. Nitqlərində elə
yeni məlumatlar söyləyirdi ki, hə a о sənətin
ən yaxşı biliciləri də heyran qalırdılar. Onun
saatlarla çıxışı heç vaxt auditoriyanı yormur ‐
du. Çünki O, nitq söyləməyin bütün sirlərini
ən ali səviyyədə bilirdi. Yorucu danışmırdı,
nitqində yeknəsəqlik yox idi.
Dostları ilə paylaş: