Təkrar istehsal qanunu
Liderlər yetişdirmək üçün lider lazımdır.
Con Maksvell liderlik haqqında semi nar ‐
ların birində dinləyicilərdən nə üçün lider
olmaq istədiklərini soruşmuşdu. Bu sorğunun
nəticəsi belə olmuşdur:
Onlar necə lider olmuşlar?
Böhranlar nəticəsində – 5%
Təbii potensial ilə – 10%
Digər liderlərin təsiri ilə – 85%
Bu sorğusuz da məlumdur ki, az sayda in‐
sanlar kollektivdəki böhranlardan çıxmaq
üçün nəsə etmək məcburiyyətində qalır və
lider lik funksiyasını öz üzərlərinə götürməli
olurlar. Digər bir az qrup dünyaya güclü lider ‐
lik potensialı və instinktlə gəlir. Belələri özləri
özlərinə yol açır və liderlik zirvəsinə ucalırlar.
Amma əksər insanlar tanınmış lider lərin təsiri
ilə liderlik qazanırlar. Bu, təkrar istehsal qa‐
nununa uyğun olaraq baş verir, yəni lider
yetişdirmək üçün lider lazımdır.
Dahi və müdrik Heydər Әliyev yüksək
lider lik potensialı ilə dünyaya gələn və daha
çox liderlər yetişdirən dünya miqyaslı lider idi.
Tam inam qanunu
İnsanları əvvəlcə liderin özü, sonra ideyası
cəlb edir.
Lideri onun xidmət etdiyi işdən ayırmaq
mümkün deyil. Siz nə qədər cəhd etsəniz də
bunu bacarmazsınız. Gəlin, insanların müx ‐
təlif şəraitlərdə liderə və onun ideyasına necə
reaksiya verdiyini izləyək.
Dostları ilə paylaş: |