havasını duymaq məharəti çox güclü idi.
Heydər Әliyev həmişə insanlarla təmas yara ‐
dır, onlarla ünsiyyətdə olur, xüsusən də
mətbuat nümayəndələri ilə isti münasibətlər
qururdu. Ölümündən sonra bu böyük insanın
həyatının və işinin geniş kütlələrə məlum ol‐
mayan bəzi məqamları televiziya ekranlarında
açıqlandı. ANS kanalında jurnalistlərlə bağlı
bir maraqlı süjet göstərildi. Heydər Әliyev
Türkiyədə səfərdə olarkən İstanbulda tanın ‐
mış bir siyasi xadimi qəbul etməyə hazır ‐
laşırmış və qonaq üzrlü səbəbdən protokolda
nəzərdə tutulmuş vaxtdan yarım saat gec
gələsi olur. Ekranda həmin məqamı göstə ‐
rirdilər. Prezident qeyd etdi ki, yarım saat nə
edəcəyimi fikirləşdim və kömək
çilərimə
dedim ki, jurnalistləri çağırın, onlarla söh ‐
bətim var. O, jurnalistlərlə siyasət, iqtisadiyyat
və s. məsələlərdən danışmadı, sadəcə, onlarla
zarafat etməyə başladı. Səhərlər işə gəl
‐
məzdən əvvəl nə etdiklərini, nə yediklərini
soruşdu. Çox müxtəlif cavablar verildi və
həddən artıq isti münasibətlər yarandı. Nə
qədər səmimi bir səhnə idi! Bunu ölkə başçısı,
qüdrətli bir insan yaratmışdı! Bu səhnə sanki
prezidentin jurnalistlərlə yox, bir dünya‐
görmüş el ağsaqqalının öz nəvələri ilə meh ‐
riban görüş səhnəsi idi!
Dahi liderlər həm ayrı‐ayrı fərdlərlə, həm
də böyük dinləyicilər qrupu ilə sıx əlaqə yarat‐
maq qabiliyyətinə malik olurlar.
Әtrafdakılarla əlaqə yaratmaq işində əsas
odur ki, hə a ayrı‐ayrı adamlara da müraciət
etməlisiniz. Kifayət qədər inkişaf etmiş elə
liderlər olur ki, onlar yalnız qarşısında böyük
auditoriyanı, yəni həmin məkanda olan insan
toplusunu bütöv görür. Bu cür liderlər min ‐
lərlə insanın qarşısında çıxış edərkən də onla ‐
rın hər birini ayrıca şəxsiyyət kimi görür.
Çoxları geniş auditoriyada çıxışının uğurlu və
ya uğursuz olmasının əsas səbəbini tapa
bilmir. Bunun sirri çox sadədir. Dahi liderlər
minlərlə insanla kütlə kimi danışmağa cəhd
etmirlər. Onlar öz fikirlərini sanki bir adamla
danışmağa cəmləşdirirlər. Bu, insanlarla əlaqə
yaratmağın yeganə yoludur.
Dostları ilə paylaş: