Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə64/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   60   61   62   63   64   65   66   67   ...   152
44

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Amma bu gün yadınızda saxlayın ki, sizi

ya könüllü müdafiə edəcəklər, ya da heç

müdafiə etməyəcəklər.

Lindon Conson ABŞ‐ın prezidenti olmaz‐

dan çox əvvəl, hələ təzə‐təzə inandırmaq

məharətinə yiyələndiyi dövrdə on uğur

qaydası işləyib hazırladı. Hə a təsadüfi

müşahidəçilərə də bəlli idi ki, o bu qaydalara

həmişə və hər yerdə riayət edir. Bu qaydalar

aşağıdakılardır:

1. Adları yadda saxlamağı öyrənin. Bunu

bacarmamağınız onu göstərir ki, sizin

mara ğınız tam səmimi deyil.

2. Təmasda olan insanlarda gərginlik

yaratmamaq üçün xoşagələn insan

olun. İşlənmiş və köhnəlmiş çəkmə və

ya köhnə şlyapa kimi rahat olun.

3. Sakit olmağa çalışın, onda heç nə sizi

özünüzdən çıxarmaz.

4. Laqeyd olmayın. Ehtiyatlı olun ki,

özünüzü hər şeyi bilən şəxs kimi

göstərmək istəyinizi hiss etməsinlər.

5. Adamlar üçün maraqlı olun ki, onlar

sizinlə təmasda nəsə qiymətli bir şey

görsünlər.

6. Özünüzü öyrənin ki, şəxsi «tikan ları ‐

nızdan», о cümlədən varlığını hiss

etmədiklərinizdən də azad olasınız.

7. Çalışın ki, bütün anlaşılmazlıqları və

inciklikləri aradan qaldırasınız. Bütün

inciklikləri unudun.

8. Adamlara yaxşı münasibəti praktikada

göstərin.

9. Kiminsə uğurunu təbrik etmək üçün

həmişə söz tapın, kim ki, kədərlənib və

ya ümidsizdirsə, onlara rəğbət gös 

tərin.


10. İnsanlarda mənəvi gücü möhkəmlədin

və onlar sizi sevəcəklər.

İnsanlara sevgi aşılayan bu sadə və

olduqca təsiredici on qaydaya riayət edən Lin‐

don Conson seçicilərin və konqres üzvlərinin

müdafiəsini qazandı və ABŞ‐ın prezidenti

oldu.

Sənayedə, incəsənətdə, elmdə və ya



siyasətdə uğur zirvəsində insanpərvər, xeyir ‐

xah, mehriban insanlar olur. Bir fakta diqqət

yetirin ki, yüz faiz pis və yüz faiz yaxşı adam

yoxdur. Ümumiyyətlə, həyatda ideal insan

mövcud deyil.

Diqqət etsəniz, görərsiniz ki, bu qay‐

dalarda haqq‐hesab çəkmək fəlsəfəsi yoxdur.

Әgər öz düşüncələrimizə nəzarət etməsək,

onda yaxın ətrafımızdakı insanların hər

birində elə qəbahətlər «görərik» ki, bu da

bizdə onlara qarşı qərəzçilik oyadar. Әksinə,

əgər düşüncələrimizə nəzarət etsək və hər

kəsə insani münasibət bəsləsək, elə həmin

adamlarda çox müsbət keyfiyyətlər görərik.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin