Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə66/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   62   63   64   65   66   67   68   69   ...   152
45

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




LİDER+İDEYA = NӘTİCӘ

İnanmır İnanmır Başqa liderə müraciət edir

İnanmır İnanır Başqa liderə müra ciət edir

İnanır İnanmır Başqa ideyaya müra ciət edir

İnanır İnanır Başqa ideyaya müraciət edir

Lider və ya onun ideyası xoşa gəlmədikdə

insanlar başqa lider axtarırlar.

Lider və onun ideyası xoşa gəlmədikdə

insanların reaksiyasını başa düşmək asandır.

Onlar həmin liderdən uzaqlaşırlar.

Ardıcıllara liderin özü yox, ideyası xoş

gəldikdə, onlar yenə də başqa lider axtarırlar.

Ardıcıllara liderin ideyası yox, özü xoş

gəldikdə onlar ideyanı dəyişirlər.

Әgər ardıcıllar liderə inanıblarsa, hə a

onun ideyasını bəyənməsələr də, ardınca

getməkdə davam edəcəklər.

Ardıcıllar liderlərin ideyası ilə razılaş 

madıqda onlar bu məsələyə müxtəlif formada



yanaşırlar. Bəzən çalışırlar ki, lideri öz

fikirlərini dəyişdirməyə inandırsınlar. Bəzən də,

əksinə, öz baxışlarından imtina edərək liderin

söylədiyi ideyanı qəbul edirlər. Belə də olur ki,

tərəflər kompromisə gəlirlər. Nə qədər ki, in‐

sanlar liderlərinə inanırlar, birmənalı olaraq

ondan imtina etmir və onun ardınca getməkdə

davam edirlər.

İnamsızlıq əksər hallarda ünsiyyət zamanı

bir‐birini başa düşməməkdən və ya ümumi

məlumat çatışmazlığından yaranır. Sirlərin

normaya çevrildiyi, rəhbərin iş şəraiti və

tabelikdə olanların güzəranı ilə bağlı məlu ‐

matları onlarla bölüşmədiyi hallarda heç vaxt

inam yaranmır.

Yaxşı lider heç vaxt yalan danışmır. Həqiqi

lider sözlərlə oynamır. Bir dəfə Avraam

Linkolna belə bir sual verirlər: «Әgər atın

quyruğu ayaq adlandırılsa, onun neçə ayağı

olar?» Linkoln isə sualı belə cavablandırır:

«Dörd – ona görə ki, necə adlandırsan da,

quyruq quyruq olaraq qalacaqdır».

Lider о vaxt uğur qazanır ki, ardıcıllarının

işləri ilə ürəkdən maraqlanır və onları diqqətlə

dinləməklə bunu nümayiş etdirir. Lider qulaq

asmağı bacarmalıdır.

Güclü liderlər təkcə öz təşkilatlarında yox,

onları əhatə edən dünya ilə də inamlı

münasibətlər qurmağa çalışırlar.

Bütün qeyd olunan hallarda tabeçilikdə

olanlara liderlər nümunə göstərirlər.

Həmkarları, tabeliyində olanlar, müəssisə ‐

nin aksionerləri həmişə liderin səmimiliyini

yoxlayır, onun sözündə və işində yalan olub‐

olmadığına diqqət edirlər. Yalnız səmimi

liderə inanırlar.

Qeyd etmək lazımdır ki, bu cəhətdən siyasi

liderlər və dövlət rəhbərləri daha böyük lider‐

lik məharətinə malik olmalıdırlar. Belə ki,

dövlətin başçısı həm öz xalqının, həm də dün ‐

yanın aparıcı liderlərinin inamını qazan 

malıdır. Belə olmadıqda lider nüfuzdan düşür,



xalq onu müdafiə etməkdən, onun ardınca

getməkdən, ideyalarını həyata keçirməkdən

imtina edir. Dünyamiqyaslı liderlərin inamını

qazanmadıqda isə ölkənin inkişafı üçün lazım

olan əməkdaşlıq qeyri‐mümkün olur, ölkənin

idxal‐ixrac fəaliyyəti, bütövlükdə iqtisadi,

hərbi və siyasi əməkdaşlıq yaranmır.


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin