Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə69/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   65   66   67   68   69   70   71   72   ...   152
47

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Güclü həmlə qanunu

Hər bir lider öz təşkilatının fəaliyyətində

dəyişikliklər etmək məcburiyyəti ilə qarşılaşır.

Burada açar irəliyə hərəkətə impulsdur ki,

Con Maksvell bunu «güclü həmlə» adlandır ‐

mışdır.


Ümummilli liderimiz Heydər Әliyevin

liderliyində güclü həmlə qanunu özünü

olduqca gözəl əks etdirirdi. Onun üçün əlçat ‐

maz, icraolunmaz, mümkün olmayan heç nə

yox idi. Çünki onda olduqca güclü səbir,

dözümlülük və cəhd var idi. O, qarşısına

qoyduğu məqsədə çatacağını əvvəlcədən

planlaşdırırdı və onun həlli üçün bütün ehti ‐

yat 

lardan istifadə edirdi. Oxucular «Әsrin



müqaviləsi» bağlanan dövrü yaxşı xatırla 

yırlar. Xəzərin statusu ətrafında bu gün də



səngiməyən mübahisə gedirdi. İran və Rusiya

Azərbaycan ərazisində beynəlxalq qurumun

neft çıxarmasına heç cür razı ola bilmirdi.

Türkmənistan da bu işdə Azərbaycana əks

mövqedə idi. Cəbhədə vəziyyət ağır olaraq

qalırdı. Beynəlxalq aləmdə Azərbaycanın

mövqeyi xoşagələn deyildi. Məhz belə bir

çətin dövrdə Heydər Әliyev liderliyinin güclü

həmlə qanunu öz işini gördü. O, dünyanın ən

nüfuzlu neft şirkətlərini Bakıya dəvət etdi və

1994‐cü il sentyabrın 20‐də «Әsrin müqa viləsi»

imzalandı. Bu, çoxlarının inanmadığı, müm ‐

künsüz saydığı bir qələbə idi.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin çəki ‐

lişi ideyasının irəli sürülməsi və müqavilənin

bağlanmasına qədərki dövr də ciddi təzyiqlər

və mübarizələr dövrü idi. Rusiya razı ola

bilmirdi ki, Şimal kəmərinə alternativ kəmər

tikilsin və onun marşrutu Rusiyanın nəzarəti

olmayan Gürcüstan və Türkiyənin ərazisin ‐

dən keçsin. Bu kəmərin çəkilişi üçün sazişin

imzalanmasına hər vəchlə mane olurdu. Hə a

Gürcüstanda adamları aldadaraq ekoloji

təhlükəsizlik adı altında onları kəmərin çəkil ‐

məsinə dair kontraktın bağlanmasına mane

olmağa çağırırdılar. Bu sahədə ermə nilərin

xaricdəki havadarları da antiazərbaycan təbli ‐

ğatı aparırdılar. Amma Heydər Әliyev həmi ‐

şəki kimi öz qarşısına qoyduğu məqsədə

çatmaqda israrlı idi. Heç nə, heç kim onu bu

yoldan döndərə bilməzdi. O, özünəməxsus

səbir, dözümlülük və inadla bütün maneələri

addım‐addım aradan qaldırdı və Bakı–Tbilisi–

Ceyhan kəmərinin çəkilişinə dair saziş

imzalandı. Heydər Әliyev liderliyində güclü

həmlə qanununun çox yüksək təsiri olduğunu

təsdiq edən fakt odur ki, Beynəlxalq

Әməliyyat Şirkəti artıq 1998‐ci ildən «Әsrin

müqaviləsi»nə uyğun olaraq Xəzərdən neft

çıxarmağa başlayıb və hasilat ildən‐ilə artır,

2005‐ci ildə isə illik nəql gücü 50 milyon ton

olan Bakı–Tbilisi–Ceyhan neft kəməri istifa ‐

dəyə verildi. Bu gün 5 Xəzəryanı dövlət dən

üçünün – Rusiya, Qazaxıstan və Azərbay canın

Xəzərin statusuna dair ikitərəfli razılıq müqa ‐

viləsi bağlamaları və eyni mövqedən çıxış

etmələri, İran və Türkmənistanın əvvəlki sərt

mövqelərindən geri çəkilmələri məhz güclü

həmlə qanununun təsiri ilə atılmış ciddi və

uzaqgörən addımlar sayəsində mümkün

olmuşdur. Ümummilli liderimiz Heydər

Әliye 


vin Beynəlxalq Әməliyyat Şirkətinin

Çıraq yatağından ilk dəfə neft çıxan gün ilk

nefti çox böyük sevinclə üzünə sürtməsini

bütün dünyanın aparıcı televiziya kanalları

göstərdi. О gün dünyanın Heydər Әliyev zirvə ‐

sini olduğu kimi tanıdığı gün idi.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin