Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


Vaxtlı‐vaxtında olmaq qanunu



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə72/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   68   69   70   71   72   73   74   75   ...   152
Vaxtlı‐vaxtında olmaq qanunu

İnsanları nə vaxt öz ardınca aparmağı

bilmək də nə etməyi və hara getməyi bilmək

qədər vacibdir.

Lord Çesterfild yazırdı: «Bu gün edə

biləcəyin işi heç vaxt sabaha saxlama».

İnsanın öz fəaliyyətini sabaha saxlama ‐

masını tələb edən çox səbəblər ola bilər. Prob‐

lem yaranan kimi onu tezliklə həll etmədikdə

o, ciddiləşə və mürəkkəbləşə bilər. Xırda

çətinliklər tezliklə və pozitiv həll edildikdə çox

böyük çətinliklərə çevrilmir. Məsələn, bə 

dəndə əmələ gələn hər hansı bir kəsik həmin



anda təmizlənib dərmanlandıqda tezliklə

bitişir. Amma ona fikir vermədikdə, çirklən ‐

məsinin qarşısını almadıqda ona infeksiya

düşə bilər və ciddi tibbi müdaxilə lazım gələr.

Beləliklə, xırda xoşagəlməzlik ciddi problemə

çevrilə bilər.

Hər birimiz böyük məqsədə tədricən,

addım‐addım gedirik. Hər dəfə növbəti addımı

gələcəyə saxlamaqla irəli hərəkət dayanır,

məqsəd bir az da geri çəkilir. Lord Çesterfildin

məsləhətinə qulaq asaraq bu gün görə

biləcəklərimizi sabaha saxlamasaq, nizamlı,

harmonik və inamlı hərəkətlə öz qarşımıza

qoyduğumuz məqsədə çata bilərik.

Henri Lonqfellonun dediyi kimi: «Lən 

gimə, qızıl anlar uçur!»



Lider hər dəfə hansısa addımı atanda real

olaraq yalnız dörd vəziyyət mövcud olur ki,

onlar da aşağıdakı nəticələrə gətirir.

Vaxtında olmayan və düzgün olmayan

hərəkət fəlakətə aparır.

Zamanı düzgün seçilməyən doğru fəaliy ‐

yət müqavimətə səbəb olur. 

Nə etməyin vacibliyini müəyyənləşdirmək

başqa, nə vaxt etməyi başa düşmək isə baş ‐

qadır. Vaxtında icra olunan, amma düzgün ol‐

mayan fəaliyyət səhvdir.

Vaxtında və doğru olan fəaliyyət uğura

aparır.

Liderlər vaxtında və doğru qərar çıxar ‐

dıqda, uğur qaçılmazdır. Bu halda, adamlar,

prinsiplər və proseslər birləşərək vəziyyətə

ağlasığmaz fayda gətirir. Bu zaman əldə

edilən uğur təkcə liderin özünə yox, onun

ardıcıllarına, bütövlükdə təşkilata müsbət təsir

göstərir.

Ümummilli liderimiz Heydər Әliyevin

vaxtında və düzgün fəaliyyətinə aid bir neçə

məqamı xatırlayın:


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin