liderlərin axtarışını
korporativ mədəniyyətin
bir hissəsinə çevirməkdir.
3. Belə liderlər haqqı ödəməlidirlər ki,
sabahkı uğuru təmin etsinlər.
Qurbansız uğur olmur. Hər bir təşkilat öz
mahiyyətinə görə unikaldır və bu da onun
uğurunun hansı qiymətə başa gələcəyini
müəyyən edir. Amma öz təşkilatına kömək
etmək istəyən lider bu haqqı ödəməyə hazır
olmalıdır ki, uzunmüddətli uğuru təmin etsin.
4. Belə liderlər komanda liderliyini fərdi
liderlikdən yüksək qiymətləndirirlər.
Lider nə qədər yüksək səviyyədə olsa da,
o, hər şeyi təklikdə etmək iqtidarında deyil.
Hər bir təşkilatda, komandada liderlər
olmalıdır ki, inkişaf etsinlər, uğur qazansınlar.
5. Belə liderlər təşkilatdan doğru yolla və
vaxtında gedirlər.
Liderin təşkilatı tərk etmək vaxtı çatdıqda
о bu hadisəyə hazır olmalı, kənara çəkilməli
və varisə imkan verməlidir ki, istədiyi kimi
hərəkət etsin. İşə müdaxilə onlara və
bütövlükdə təşkilata ziyan gətirir. Varislik
yalnız о halda yaradılır ki, lider təşkilatda ən
çətin və böyük işləri onsuz görə biləcək lider
yaratmış olsun.
Varislik qanunu baxımından da Heydər
Әliyev şəxsiyyəti unikal keyfiyyətlərə malik
idi. O, dövlətin bütün strukturlarında yüksək
peşəkarlığa malik liderlər yetişdirməyə nail
olmuşdu. İlham Әliyev uzun illər ərzində
Heydər Әliyev liderliyi məktəbinin çox vacib
sirlərinə yiyələnmiş, dövlət idarəçiliyində
böyük təcrübə qazanmış, beynəlxalq əlaqə ‐
lərin qurulmasında və möhkəmlən mə sində
uğurlar əldə etmiş, dünyanın siyasi mühitində
yüksək liderlik reytinqinə çatmış və sözün əsl
mənasında, Heydər Әliyev kimi dünyaşöhrətli
siyasi xadimin, dövlət başçısının layiqli varisi
olmuşdur. 2003‐cü ildən keçən 10 ildən çox
müddətdə çox hörmətli prezidentimiz İlham
Әliyev cənabları Azərbaycanı sürətlə inkişaf
edən, beynəlxalq nüfuzu yüksək olan bir
dövlətə çevirə bildi. İndi Azərbaycanın güclü
ordusu, inkişaf etmiş sənayesi və kənd
təsərrüfatı var. Biz 17 kosmos ölkəsindən
biriyik. Avropa ölkələrinin ilk idman olim ‐
piadası 2015‐ci ildə Azərbaycanda keçiriləcək.
Ölkəmiz dünyanın enerji təhlükəsizliyində
yüksək rola malik ölkələrdən biridir. Layiqli
varisin və güclü liderin seçimi bu nəticələri
əldə etməyə imkan vermişdir.
Dostları ilə paylaş: