R.İlyasov: – Ata ocağından Gəncədə qalan‐
lar varmı?
N.Ölçər: – Qardaşlarının uşaqları və nəvələri
var, qohumları var, ancaq mən tanımıram.
Baxın, qohumluq‐əqrəbalıq ele bir şeydir ki, bir
yerdə olduğunuz zaman, xatirələrinizi bölüş ‐
dü yünüz zaman məna kəsb edir. Onun xari ‐
cində illər sonra biri gəldiyində ki, mən sizin
qohumunuzam, artıq o, bir baxıma insana yad
kimi gəlir. Bu, psixoloji bir vəziyyətdir. Birlikdə
böyüməyib, keçmişdə bir yerdə olmadıqca,
xatirələri bölüşmədikcə qohumluq‐əqrəbalıq
deyilən tellər də, qan bağı da bir məna ifadə
etmir. Onun üçün Gəncəyə gedib‐getməməkdə
tərəddüdlərim var. Atamın dediyi Gəncəyə dair
zehnimdə canlandırdığım bir Gəncə var. Bilirəm
o Gəncə artıq indi yoxdur. Bir əsr keçmişdir
üstündən. Məsələn, Bakıya getdiyimdə xəyal ‐
larım və xatirələrim can lanmadı. Sanki xarici
bir şəhərə getmişdim. Hər hansı bir Avropa
şəhərinə. Ancaq bu da nor
maldır. Ancaq
insanın xəyalları, xatirələri başqa cürədir. Onun
üçün bir daha xəyallarımın canlana bilməyəcə ‐
yini düşünərək Gəncəyə get mirəm. İnşallah bir
gün gedərəm...
Dostları ilə paylaş: |