N.Ölçər: – Xeyr, çəkindi. Heç bir əlaqə yox
idi. 70‐ci illərin başında Moskva Universitetinin
rektoru İstanbula gəlmişdi. Atam da universite ‐
N.Ölçər: – Atam Azərbaycan folkloruna
bağlı adam idi. Radioda davamlı olaraq Azər ‐
baycan musiqisini dinləyərdi. Məsələn, «Aman
ovçu» mahnısını çox sevərdi. Dostları ilə qur ‐
duğu «Azeri kardeşler yardımlaşma derneği»
var idi. Həftəaxırı söhbətləri olardı. Mühacir
ailələr bir yerə yığışar, milli rəqslər oynanılardı.
Balaca idim o vaxtlar mən, atam anamla məni
oraya apardı. Məcidiyəköy deyilən səmtdə bir
evdə yığışardılar. Evimizə tez‐tez Bakıdan olan
Mir Yaqub bəy gələrdi. O, Fransada hüquq üzrə
doktorluq müdafiə etmişdi. Başqa evimizə
Kazan tatarlarından Ayaz İsaki bəy gəlirdi. Bizə
daha çox mühacirlər gələrdi. Rus dilində
danışırdılar. Elmi‐siyasi mövzularda söhbətlər
edirdilər. Köhnə dostları, şərqşünaslar gələrdi,
adətən.
Dostları ilə paylaş: