R.İlyasov: – Azərbaycanda yaşadığı illərlə
bağlı nə danışardı?
O.F.Sərtqaya: – Çox danışmazdı və ailəsi
orada qaldığı üçün belə kədərli mövzulara
toxunmazdı çox vaxt. Çox şən və səmimi
müəllim idi. Bəzən boş vaxtlarında «mənə
Gəncəli deyərlər...» mahnısını zümzümə
edərdi. Mənə də ilk tövsiyələrindən biri bu
olmuşdu ki, elmlə məşğul olduğun zaman heç
bir ölkəyə dair siyasi fikirlərini açıqlama. Bir
gün gələr, o fikirlər sənin əleyhinə işlənə bilər.
Mən bu haqlı tövsiyənin daha sonralar türkoloq
kimi Sovet İ ifaqına elmi səyahətlərim zamanı
faydasını gördüm. Sovet Elmlər Akademiya ‐
sında mənim üçün millətçi – «nasionalist» rəyi
verilməsinə baxmayaraq, elm adamı olaraq
sovet dövründə oralara gedib türkologiya
sahəsində elmi tədqiqatlar aparmağıma icazə
verildi. Çünki mən mərhum professorumuz
Әhməd müəllimin tövsiyəsinə müvafiq olaraq
Sovet İ ifaqı haqqında heç bir siyasi fikir
bildirməmişdim.
Dostları ilə paylaş: |