R.İlyasov: – Әlavə nə deyə bilərsiniz?
N.Ölçər: – Vallah, atamın mənim üzərimdə
əməyi çoxdur. Böyüməyimdə, elm adamı
olmağımda çox köməyi olmuşdur. Yol göstəri ‐
ciliyi olmuşdur. Mən onu alimliyindən əvvəl bir
ata kimi tanıdım. Yəni hər zaman mənə dəstək
olacaq bir ata kimi. Uşaqlar necə atalarına
baxdısa, mən də ona elə baxdım. Atam gülər ‐
üzlü idi, tutqun bir adam deyildi. Atam, sözün
əsl mənasında, insandı... Tələbələri ilə maraq ‐
lanırdı. Birinin pulu olmadığında ona kömək
edər, bir‐birini sevən tələbələri arasında prob‐
lem olduğunda onların mehriban olması üçün
çalışardı. Bir çox tələbələrinin nişanlanmasında
və evlənməsində kömək etmişdir. Onun ən
yaxın tələbələrindən olan, hə a ona oğlum dediyi
professor Osman Fikri Sərtqaya ilə görüşmənizi
tövsiyə edirəm. O da sizə çox xatirələr deyər.
Dostları ilə paylaş: |