qiymətləndirən alimlərdən idi. Xüsusilə dialek‐
tologiya dərslərində maraqlı məqamlara toxu ‐
nardı. Məsələn, gülərək deyərdi: bizdə Әli
de yərlər, sizdə də Әli, bizdə əsgər deyərlər, sizdə
də əsgər (gülüşmələr).
R.İlyasov: – Әhməd müəllimin «Türk dili
və tarixi» əsəri çox qiymətli əsərlərdən hesab
olunur, elə deyilmi?
O.F.Sərtqaya: – Tamamilə haqlısınız. Yaxşı
yadıma saldınız. Bir gün Әhməd Cəfəroğlu
təqaüdə çıxmaq ərəfəsində idi. Mən gənc bir
müəllim idim bu fakültədə. Maraqlandım ki,
Әhməd müəllim təqaüdə çıxdıqdan sonra Türk
dili tarixi dərsini kim deyəcək. Fakültədən yaşlı
bir müəllim, kafedra müdiri, bu sualı verdi ‐
yimdə mənə acıqlı şəkildə dedi ki, bu dərs artıq
olmayacaqdır. Mən çox kədərləndim və birbaşa
rektorun qəbuluna getdim. Rektora məsələni
izah etdim və rektor da gözləmədiyim şəkildə
həmin dərsə girməyim üçün dərhal təlimat
verdi. Beləliklə, Әhməd müəllimin yazdığı
məşhur «Türk dili və tarixi» əsərini mən qırx il
bu fakültədə yenidən oxutdum. Bu kitab hələ
də ciddi elmi mənbələrdən biri olaraq istifadə
olunur.
Dostları ilə paylaş: