Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


R.İlyasov: – Hörmətli professor, çox sağ



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə92/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   88   89   90   91   92   93   94   95   ...   152
R.İlyasov: – Hörmətli professor, çox sağ

olun səmimi cavablarınız və gözəl fikirləriniz

üçün.

O.F.Sərtqaya: – Mən də öz növbəmdə sizə

təşəkkür edir, uğurlar arzulayıram. 

Hazırladı: 

Dr. Rəşad İLYASOV

57

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Bəzi anlayışların izahı və nisbətən rəsmi

məlumatlar

Xeyli müddətdir Qlobal İqlimin (xahiş

edirəm diqqətli olun, Qlobal İqlim yazdıqda

səhv etmirəm) dəyişməsi haqqında elmi

ədəbiyyatda və kütləvi informasiya vasitə ‐

lərində müxtəlif müəlliflərin çoxlu sayda yazı ‐

ları dərc olunur. Tədqiqatçılar və köşə yazar ları,

əsasən, iki qrupa bölünmüşdür: birincilər iqli ‐

min qlobal surətdə istiləşməsini sübut etməyə

çalışır, ikincilər isə əksinə, heç bir istiləşmə

olmadığını, bunun mif olduğunu israr edirlər.

Mən bu yazıda hər iki tərəfin baxışlarını və

real şəraiti obyektiv surətdə təsvir etməyə

cəhd göstərirəm. 

2005‐ci ilin əvvəlində Robert Emmeriksin

«Birisi gün» adlı qəza filmi iqlim dəyişməsini

kütləvi düşüncənin probleminə çevirdi. Məlu ‐

matsız adama ilk dəfə olaraq aydın və başa

düşü 

lən şəkildə Şimali Atlantika axınının



(Qolfstrim) Şimal yarımkürəsinin iqliminin

formalaşmasında həlledici rolunu izah etdilər.

Hollivud sənətkarlığı ilə iqlim trendinin təs ‐

virini verdilər. Göstərdilər ki, qütb buzlarının

əriməsi Qolfstrimin istiqamətinin dəyişməsinə

və Yerin şimal yarımkürəsində soyuqlaşmanın

baş verməsinə gətirir. Bu filmdə son nəticə

yeni buzlaşma dövrünün başlanmasıdır.   

Әvvəla, iqlim və onun Qlobal İstiləşməsi

nədir və rəsmi təşkilatların bu haqda fikir ‐

lərini təqdim edək. İqlim atmosfer‐quru‐okean

sisteminin statistik ansamblının bir neçə on ili

üçün ortalaşmış vəziyyətidir. Mütəxəs sislərin

axırıncı razılaşmasına görə, iqlim dedikdə at‐

mosfer parametrlərinin (temperatur, yağıntı

və s.) son 30 il üçün ortalaşmış qiymətləri

nəzərdə tutulur. Qlobal İstiləşmə isə XX və

XXI əsrlərdə Yer atmosferinin və Dünya

okeanının illik  orta temperaturunun tədricən

artması prosesidir. İqlimin Dəyişməsi üzrə

Dövlətlərarası Ekspert Qrupunun (İDDEQ‐

IPCC‐Intergovernmental Panel on Climate

Change), «Böyük səkkizlik» ölkələ rinin Milli

Elmlər Akademiyaları ilə razılaşdırdığı möv ‐

qeyə görə sənaye inqilabı dövründən (XVIII

əsrin ikinci yarısı) bəri müddətdə Yer kürəsi

havasının orta temperaturu 0,7

0

C artmışdır və



son 50 ildə müşahidə olunan istiləşmə, əsasən,

insan fəaliyyəti, birinci növbədə, istixana ef‐

fekti yaradan  qazların  (CO

2

, CH



4

) atmosferə

atılması ilə əlaqədardır (şəkil 1‐ə bax).  Bu

təşkilatın İqlim Modelləri üzrə aparılan

qiymətləndirmələrinə görə, Yer səthinin orta

temperaturu 1,1‐dən 6,4

0

C‐yə qədər arta bilər.



Bəzi regionlarda temperatur bir qədər azala

bilər. 


Ancaq qeyd etmək lazımdır ki, iqlimin,

ümumiyyətlə, istiləşmədiyini təkid edənlər də

vardır. Bəzilərinin fikrincə isə istiləşmə var,

ancaq bu, atmosferdə karbon qazının miqda ‐

rının artması ilə əlaqədar deyildir, bu, təbii

pro sesdir, biz sadəcə olaraq buzlaqlararası

dövrdə yaşayırıq. Məqalədə biz bu sualların

izahını verməyə çalışacağıq. Ancaq əvvəla

iqlimin paleotarixi və onun dəyişmə səbəbləri

haqqında.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin