R.İlyasov: – Әlavə olaraq nə demək istər ‐
diniz?
O.F.Sərtqaya: – Onu bildirim ki, həqiqətən
də, Әhməd müəllim çox dərin biliklərə malik
idi. O, bir çox dili mükəmməl bilirdi. Məsələn,
hər hansı bir konfransda başqa bir mütəxəssis
bir mövzu ilə bağlı çıxış edib qurtarandan sonra
Әhməd müəllim ayağa qalxar, söz istəyər və bu
mövzu ilə bağlı digər müxtəlif alimlərdən sitat‐
lar gətirərək daha üfüq açıcı fikirlər söylərdi.
Onun bu metodu hər kəs tərəfindən sevilirdi.
Mən çox şadam ki, siz Әhməd müəllimi yad edir,
Nazan xanım və mənim fikirlərimə müraciət
edirsiniz. Әhməd müəllimin elmi fəaliyyəti hər
zaman türkologiya və Azərbaycan üçün əbədi
olaraq faydalı olmağa davam edəcəkdir.
Dostları ilə paylaş: |