ilə müəyyən olunmur, o həm də onun vəziy ‐
yətinin ümumi tarixi ilə müəyyən olunur.
Məsələn, on il quraqlıq olduqda göl nisbətən
quruyur, bitkilər məhv olur və səhralaşmanın
sahəsi artır. Öz növbəsində bu şərtlər quraq ‐
lıqdan sonrakı illərdə daha az yağışın yağ ma ‐
sına səbəb olur. Beləliklə, ətraf mühit xarici
təsirə reaksiya verdiyindən və əksinə, iqlim
özünü nizamlayan prosesdir.
İstixana qazlarının axırıncı qlobal istiləş ‐
mənin əsas səbəbi olduğu qəbul edilir. Ancaq
başqa fikirlər də var, biz bunları aşa
ğıda
araşdıracayıq. Hələlik qeyd edək ki, istixana
qazları həm də Yerin iqlim tarixini dərk etmək
üçün əhəmiyyətlidir. Tədqiqatların nəti cəsinə
görə, atmosfer istilik enerjisi ilə qızdıqda
yaranan və istixana qazları ilə saxlanan istixana
effekti Yer temperaturunu nizamlayan əsas
prosesdir. Son 600 milyon ildə karbon dioksi‐
dinin miqdarı atmosferdə təbii geoloji və bi‐
oloji proseslərin təsirindən milyonun 200‐dən
5000‐ə qədər dəyişmişdir.
İqlimin dəyişməsinə təsir edən antropogen
amillər, əsasən, insan fəaliyyəti ilə əlaqə
‐
dardır, hansılar ki, ətraf mühiti dəyişdirir və
iqlimə təsir göstərir. Bəzi hallarda səbəb‐nəticə
əlaqələri birbaşadır və iki mənalı deyil, məsə ‐
lən, suvarmanın temperatur və rütubətə təsiri,
digər hallarda bu əlaqə elə də aydın görün‐
mür. Hazırda insan fəaliyyəti ilə əlaqədar əsas
problemlər bunlardır: yanacağın yandırıl ma ‐
sından atmosferdə CO
2
‐nin və aerozolun
(soyumağa təsir göstərir) artması, sement
sənayesi. Torpaqdan istifadə, ozon qatının
azalması, heyvandarlıq və meşələrin qırılması
kimi digər amillər də iqlimə təsir göstərir.
Yanacağın yandırılması 1850‐ci ildən sürətlə
artmış, nəticədə, bu müddətdə, atmos ferdə
CO
2
‐nin miqdarı 1,36 dəfə artmış dır. Bu sürətlə
artım davam etsə, XXI əsrin sonunda CO
2
‐nin
konsentrasiyası 1850‐ci ilə nisbətən 2 dəfə ar‐
tacaq. Bəzi hesablamalara görə, bu artım,
atmosferdə metanın artan konsentra siyası ilə
birgə, 2040‐cı ildə Yer temperaturunun 1,4–
5,6
0
C artması ilə nəticələnə bilər.
Aerozollar, xüsusən sulfatlar, yanacaq yanan
zaman havaya atılır və hesab olunur ki, onun
zərrəciklərində günəş şüası əks olunur, yəni
müəyyən istilik Yer səthinə çatmır və beləliklə,
onlar atmosferin soyumasına təsir göstərir.
Sement sənayesi atmosferə CO
2
‐nin atılma ‐
sının intensiv mənbələrindən biridir. Semen ‐
tin kalsi oksid inqrediyentini almaq üçün kalsi
karbonat (CaCO
3
) qızdırıldıqda karbon diok‐
sidi yaranır. Sement istehsalı bütün sənayeyə
aid olan proseslərin atmosferə atdığı CO
2
‐nin
2,5 %‐ni təşkil edir.
Torpaqdan istifadə iqlimə əsaslı surətdə
təsir göstərir. Suvarma, meşələrin qırılması və
kənd təsərrüfatı ətraf mühiti əsaslı surətdə
dəyişdirir. Məsələn, suvarılan yerdə su balansı
dəyişir. Torpaqdan istifadə sərilmə səthini
dəyişdiyindən albedonun qiyməti və bununla
da yer tərəfindən udulan günəş şüalarının
miqdarı dəyişir.
Heyvandarlıq BMT‐nin məlumatına görə,
2006‐cı ildən dünyada atmosferə atılan istixa ‐
na qazlarının 18 %‐ni yaradır. Bu amilə həm
də torpaqdan istifadə, yəni otlaqların yaradıl ‐
ması üçün meşələrin qırılması da daxildir.
CO
2
‐dən əlavə antropogen mənşəli azot oksi‐
dinin 65 və metanın 37%‐i heyvandar lığın payına
düşür.
Dostları ilə paylaş: