İqlimin uzunmüddətli proqnozu müm kün ‐
dürmü və AOÜDQM nədir
İqlim çox mürəkkəb fiziki sistemdir. O,
atmosferlə okean səthinin, dəniz buzlarının,
kontinentlərin səthləri və buzlaqlarının və
həm də biosferin qarşılıqlı təsiri ilə formalaşır.
Bu qarşılıqlı təsirlər nəticəsində iqlim sistemi ‐
nin özündə zaman miqyası, bir neçə həftədən
on və yüz illərə qədər dəyişən, mürəkkəb təbii
rəqslər yaranır. Sistem günəş radiasiyası axı ‐
nının dəyişməsi, vulkan püskürməsi zamanı
atmosferə qaz və aerozolların atılması kimi
təbii təsirlərə məruz qala bilər. Nəhayət, son
məlumatlara görə, insanın fəaliyyəti iqlimə
xeyli təsir göstərir.
Belə mürəkkəb sistemi anlamaq və onun
dəyişməsini proqnozlaşdırmaq üçün atmosfer
və okeanın ümumi dövranının qlobal mode ‐
lindən (AOÜDQM) istifadə edirlər. Belə model ‐
lərlə hesablamalar nəhəng hesablama resurs ları
tələb etsə də, hələlik onlara alternativ yoxdur.
Müasir AOÜDQM iqlimin dəyiş məsinin əsas
xüsusiyyətlərini özündə əks etdirsə də, onlar
ayrı‐ayrı rayonların iqlimini və onların dəyiş ‐
mələrini kifayət qədər keyfiyyətli hesablaya
bilmədiyindən onların sonrakı təkmilləşməyə
ehtiyacı vardır. Bundan əlavə, model orta
qiymətləri dəqiq ver məklə yanaşı, ekstremal
hallar bizim həyata və təsərrüfat fəaliyyətinə
güclü təsir göstərdi yindən, havanın ekstremal
rejimlərinin təkrar
lanma dəyişkənliyini də
dəqiq verməlidir.
İqlimin gələcək dəyişmələri üçün AOÜDQM
ilə alınmış proqnostik qiymətləri nə dərəcədə
etibarlı saymaq olar? Belə hesablamalarda
əsas iqlimyaradıcı prosesləri təsvir edən tən ‐
liklər bir neçə on ilə və yaxud yüz ilə inteq ‐
rasiya olunur. Bu səbəbdən sistematik səhv lər
Dostları ilə paylaş: |