Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə110/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   106   107   108   109   110   111   112   113   ...   152
66

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yandırılan zaman yaranan antropogen karbon

qazının payı burada üç faizdən çox deyil. 

Beləliklə, biz qlobal istiləşmənin səbəbinin

birmənalı olmadığını sübut etməyə çalışdıq.

Amma geniş ictimaiyyət daha bir səhv

nəticəyə gəlmişdir: nəyə görəsə belə hesab

edirlər ki, Yerin iqlimi Allah tərəfindən bizə

bir dəfə, bu şəkildə və həmişəlik verilmişdir.

Yəni hesab edirlər ki, iqlimin tamamilə müəy ‐

yən bir «normal» halı vardır, hansını ki, insan

öz eqoistik məqsədlərinə çatmaq üçün tam

dağıda bilər, amma əgər istəsə eqoist olmaz və

vəziyyəti düzəldə bilər. Beləliklə, problem elm

sahəsindən sosial və hə a mənəvi müstəviyə

keçir.  

Ancaq paleoiqlim məlumatları yerin iqlimi ‐

nin bir yox, bir neçə davamlı halını və hazırkı

vəziyyətin onlardan biri olduğunu göstərir.

Әgər  temperaturun daha böyük dövrdə gedi ‐

şinə baxsaq, məsələn, son altmış beş milyon il,

görərik ki, bu dövrdə biz ən soyuq vaxtda

yaşayırıq. Eotsen optimumu adlanan maksi‐

mum temperatur əlli beş milyon il əvvəl qeyd

olunmuşdur. Və nəhayət, Yerin temperaturuna,

onda həyatın mövcud olduğu üç milyard il

üçün baxsaq, onda temperaturun kəskin oy ‐

nadığı və onun müasir qiymətinin bütün pe‐

riod üçün hesablanmış orta qiymətə kifayət

qədər yaxın olduğunu görərik.  

Nəticə

Deyilənlərdən aşağıdakı nəticələri çıxar ‐

maq olar. Yerin iqliminin indiki vəziyyəti uni ‐

kal deyildir, Yer üzərində həyat mövcud olan dan

bəri dövrün orta temperaturuna yaxındır. Buz

kernlərinin məlumatları bizim dördüncü dövrdə

iqlimi stabilləşdirən mexa nizm lərin olduğunu

göstərir. Müasir istiləşmə dövrü qeyri‐adi şəkildə

uzanmış, yəni bizim buzlaqlararası dövr (holot ‐

sen) artıq on bir min ildir davam edir, bütün

əvvəlki holosenlər isə dörd‐beş min il davam

etmişdir. Biz istiləş mənin zirvəsində çox qalmı ‐

şıq, gələcəkdə insan istiləşmədən yox, soyuq ‐

laş 


madan qorunma 

lıdır: gec‐tez yeni buz

dövrü gəlməlidir. Elə Robert Emmeriksin fil ‐

mində də  son nəticə yeni buzlaşma dövrünün

baş lanmasıdır. 

Bəzi tədqiqatçıların istiləşmə faktını inkar

etdiyini yuxarıda qeyd etmişdik. Onların

arqu mentlərindən bəziləri də aşağıdakından

ibarətdir: yerüstü meteostansiyaların məlu ‐

mat ları temperaturun davamlı surətdə artdı ‐

ğını göstərsə də, son iyirmi ildəki peyk ölç mə ləri

belə artımı göstərmir. Onlar bu paradoksu

onunla izah edirlər ki, yerüstü stansiyalar əvvəl ‐

lər şəhərlərdən kənarda idi, indi isə onlar asfalt

və betonun içərisindədir, yəni tempera turun

«artması» onun ölçmə şəraitinin dəyiş məsi ilə

əlaqədardır.  

Karbon qazının konsentrasiyasının artdı ‐

ğını heç kim inkar etmir, ancaq bu artmanın

səbəb yox, nəticə oduğunu sübut edən san ‐

ballı əsas vardır: daha yüksək temperaturda

okeandan karbon qazı ayrılır (yuxarıda qeyd

olunub). Bu nəticə Antarktida buz kernlə rinin

məlumatları ilə də təsdiq olunur: əvvəlki

epoxalarda əvvəlcə istiləşmə baş vermiş, ancaq

ondan sonra karbon qazının konsen trasiyası

çoxalmışdır.

Buzlaqların əriməsi də şübhə altına alın ‐

mır, amma bunun nəticəsində okeanın səviy ‐

yəsinin xeyli qalxacağı sual doğurur. Məsələ

ondadır ki, üzən buzların əriməsi, ümumiy ‐

yətlə, okeanın səviyyəsini dəyişməz (Arximed

qanunu), Qrenlandiya buzlaqlarının əriməsi

isə yuxarıda qeyd olunduğu kimi, Antarktida

buzlaqlarının artması ilə kompensasiya olu‐

nar.  


Model hesablamalarının adekvatlığı da

böyük şübhə yaradır. Mövcud modelləri keçmiş

və müasirlərə tətbiq etmək doğru nəticə vermir.

Modellər vasitəsilə əvəllər proqnoz laşdırılmış

istilik baş vermədi, karbon qazının havadakı

konsentrasiyası proqnozlaş dırı landan iki dəfə

az oldu. Tənliyə daxil olan istilik və kütlə  mü ‐

ba diləsi kimi  vacib para metrlər yaxşı məlum

deyil, adətən, «havadan» götürülür. Orta müd ‐

dətli (illər və onillər) iqlim proqnozunu vermək

mümkün deyil, ona görə ki, ona təsir edən

amillərin özünü necə aparacağı məlum dey‐

ildir. Vulkanların püskürməsi və günəş aktiv ‐

liyi, ümumiyyətlə, proqnozlaşdırılmır. Və ən

əsası, atmosfer və okeanda gedən pro ses lər qey ‐


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin