ri‐xə idir, ona görə də çətin modelləş dirilir
(daha doğrusu, heç modelləşdirilmir).
Antropogen amil, həqiqətən, iqlimdə həll ‐
edicidirsə, onda istənilən halda, onu Kioto
protokolunda göstərilmiş iyirmi faiz miqda ‐
rında azaltmaq fayda verməz. Nəzəriyyə gös ‐
tə rir ki, onu ancaq bir neçə dəfə azaltmaq nəticə
verər. Aydındır ki, belə kəskin azaltma insanın
təsərrüfat fəaliyyətini iflic edər. Әn maraqlısı
odur ki, insanın bütün təsərrüfat fəaliyyəti
dayan dırılsa da, başlanmış istiləşmə (əgər,
həqiqətən, o başlayıbsa) okeanın istilik iner ‐
siyası sayəsində hələ yüz və hə a iki yüz il
davam edə bilər.
Bəzən deyirlər ki, antropogen istiləşmə
ide
yasını irəli sürənlərin özləri də karbon
qazının atmosferə atılmasının azaldılmasının
absurd olduğunu bilirlər. Ancaq bunu dillə ‐
rinə gətirmirlər, ona görə ki, iqlimin isti ləşməsi
ilə mübarizənin faydasız və pers pek tivsiz ol ‐
masını etiraf etmək, ümumiyyətlə, iqlim şü ‐
naslıq tədqiqatlarının maliyyələşdirilməsini
xeyli azaltmış olardı. Abstrakt akademiya elmi
bir, insanın yaşaması isə başqa problemdir.
Heç bir elmi mərkəzin rəhbəri tutduğu vəzi ‐
fəyə görə bu etirafı etməz və heç öz əmək ‐
daşlarına da rəva bilməz.
Bəs nə etməli? Sadəcə olaraq vəziyyətə uyğun
işlər görür, Yerin iqliminə təsir göstərmək üçün
istifadə olunan hədsiz və faydasız xərclər əvə ‐
zinə onun təbii dəyişmələrinə hazır olmaq la ‐
zım dır. Subasmaya məruz qala bilən ərazi lərdən
çəkilmək (məsələn, Xəzər dənizi nin sahil zona ‐
sının mənimsənilməsində xüsusi strategiya
işləmək), intensiv şəklidə Azər
baycanın arid
zona larında meşə salmaq və gözlənilən qlobal
ekoloji problemlərə qarşı beynəlxalq əməkdaş ‐
lığı inkişaf etdirmək gərəkdir. Bu işdə tələs ‐
məyə ehtiyac yoxdur, onları tədricən, ehtiyac
və imkan olduqca həyata keçirmək lazımdır.
Və nəhayət, axırıncı. Belə bir qorxu var ki,
gözlənilən istiləşmə Yerin iqlim balansını
pozacaq, dəhşətli vəziyyət yaranacaqdır. Bu
zaman elə hesab edirlər ki, Yerin hazırkı iqlimi
onun mümkün olanlarından ən yaxşısıdır.
Ancaq paleoiqlim tədqiqatları göstərir ki,
Yerdə ən fəal həyat, yəni biokütlənin ən
yüksək olduğu vaxt, əlli‐yüz milyon il əvvəl
(yuxarıda qeyd olunan eotsen optimumu) baş
vermiş maksimum temperatur perioduna düşür.
Onda temperatur indikindən xeyli yüksək idi.
Onda təbiət dinozavrlara böyük şans ver
‐
mişdi, onlar bundan tam istifadə edə bilmə ‐
dilər. Bəlkə, təbiət yeni temperatur optimumu
hazırlamaqla insana, Homo Sapiensə ikinci
belə şans verir, Yerdə daha komfort şərait
yaradır. Deməli, qlobal istiləşmə baş versə, biz
ondan qorxmalı deyilik, onu məmnunluqla
qəbul etməliyik. Belə yanaşmada baxılan prob ‐
lem başqa müstəviyə keçir.
Və ən nəhayət, beynəlxalq ekoloji təşkilat ‐
ların mövqeyi diqqəti çəkir. Bu təşkilatların
mövqeyinə görə, «İstixana qazlarının azaldıl ‐
ması üçün aparılan mübarizə istənilən halda
az xeyir gətirməyəcəkdir. O, enerji‐effektiv
texnologiyaları tətbiq, bərpa olunan energeti ‐
kanı inkişaf etdirməklə, iqtisadiyyatın inno‐
vasiya yoluna keçməsinə zəmin yaradır. Hə a
iqlimin dəyişməsi problemi olmasa da, bu
tələblər aktualdır». Dünya iqtisadiyyatının
əsaslandığı üzvi yanacaq əbədi deyil. Gec‐tez
o tükənəcəkdir. Kimi buna hazır olacaqdır,
kimi də ekoloqların ümumdünya qəsdində
olduğunu müzakirə etməklə, heç nəsiz qala ‐
caqdır. Sual budur.
Dostları ilə paylaş: