keçmiş Rusiya imperiyasının dövlət qurulu ‐
şunda baş verən dəyişikliklərlə bağlı idi.
Siyasi‐sosial dəyişikliklər – 1917‐ci il inqilabı,
sovetləşmə – bütün bunlar, təbii ki, bədii
yaradıcılığın bütün sahələrinə, o cümlədən
ədəbiyyat və incəsənətə təsir etməklə yanaşı,
opera janrının da ideya‐obraz məzmununa,
tematikasına, süjetinə və musiqi dilinə yeni ‐
liklər gətirdi.
Yeni tematika ilə əlaqədar operaya fərqli
obrazlar, fərqli vəziyyətlər, müxtəlif həyat
səhnələri və kütləvi inqilabi mahnılar geniş
şəkildə daxil olmağa başladı. Bu da təbii ki,
keçmiş SSRİ‐nin tərkibinə daxil olan respub‐
likalarda yaranmış musiqi əsərlərinin müəllif ‐
lərinin yaradıcılığında öz əksini tapdı.
Beləliklə, Azərbaycanda meydana gəlməz ‐
dən əvvəl opera Rusiya və Avropanın bir çox
ölkələrində uzun və maraqlı inkişaf yolu keç ‐
mişdir. Amma Azərbaycan bəstəkarları qısa
bir zamanda (1908‐ci ildən keçən yüzillik müd ‐
dətində) janrın özünü mənimsəyərək diqqətə ‐
layiq əsərlər yaratmağı və özünəməx sus üsluba
malik olan opera nümunələri ilə geniş ümum ‐
avropa arenasına çıxmağı bacar
dılar. Bu
əsərlər onları fərdi‐milli keyfiyyətləri ilə
fərqlənən bir qrup kimi müəyyən ləşdir məyə
imkan vermişdir.
Opera sahəsində fəaliyyətə başlayan Azər ‐
baycan bəstəkarları öz əsərlərində operalar
üçün vacib olan komponentləri – ariya, ariozo,
reçitativlər, ansambl, xor və digərlərini tətbiq
edərək klassik operanın geniş yayılmış janrına
yiyələnməyə çalışmışlar.
Hələ ilk operaların təcrübəsiz bəstəkarları
bu qədər mürəkkəb bir məsələni yerinə yetir ‐
məyə başlayarkən öz fikirlərini məşhur və
sevilən xalq muğamlarının köməyi ilə onlar
üçün yeni olan bir janra cəlb etmək qərarına
gəldilər. Әsrlər boyu Azərbaycanda səslənən
muğamlar çox populyar idi və onları daha çox
məşhur xanəndələr ifa edirdilər. Muğam,
sözün əsl mənasında, milli musiqi təfəkkü rü ‐
nün ifadəsinə, milli‐mənəvi dəyərlərin daşı ‐
yıcısına çevrilmişdi.
Dahi bəstəkar Üzeyir Hacıbəyli öz xalqının
poetik ruhunu və bu ruhun estetik köklərini,
kütlənin Füzuli faciəsinə qarşı duyduğu mə ‐
həbbəti çox həssaslıqla başa düşmüşdür. Füzuli
poeziyasına, qəzəllərə olan meyli, həvəsi təbii
şəkildə anlayan bəstəkar öz operalarında
muğamlardan uyğun şəkildə istifadə etmişdir.
Həyat göstərdi ki, Ü.Hacıbəyli haqlı idi. Mu ‐
ğam ların operada səslənməsi tarixi zərurətdən
və estetik tələblərdən irəli gəlirdi.
Avropa mədəniyyətində məşhur olan janrın
mənimsənilməsi kimi vacib bir məsələni
qarşısına qoyan bəstəkar tarixi qanunauyğun ‐
luqlara, bir çox ölkələrin təcrübəsinə uyğun
olaraq artıq məşhur və populyar olan janrın
köməkliyi ilə öz dinləyicilərini onlara tanış ol‐
mayan incəsənətlə tanış etmişdir. Məhz muğam ‐
lar bu tələblərə cavab verirdi. Bundan başqa,
Azərbaycan muğamları Füzulinin yüksək
poeziyasından qaynaqlanır, qəzəl kimi poetik
janr muğamlar əsasında oxunur.
Füzuli poemasını operanın əsas süjet xə i
kimi götürən bəstəkar, təbii ki, həyatın mənası,
məhəbbət və sədaqət ideyalarını təmsil edən
muğamlara müraciət etmişdir. Lakin qeyd
etmək lazımdır ki, ilk Azərbaycan operala rın da
ənənəvi opera ariyalarını əvəz edən muğamla ‐
rın səhnə janrı üçün özünəməx sus neqativ əla ‐
mət ləri də olmuşdur.
Məlumdur ki, muğamlar nə qədər psixoloji
zənginliyə malik olsalar da, onların məzmu ‐
nun da şəxsiyyətin tipik musiqi təcəssümü öz
əksini tapmırdı, daha doğrusu, fərdi əlamət ‐
ləri olan müəyyən bir sima deyil, ümumiy ‐
yətlə, şənlənən və ya kədərlənən insan tərən nüm
edilirdi. Və muğam operalarının səsləndiril ‐
məsində iştirak edən şəxslər bu və ya digər
dramaturji hadisələrdə çıxış edərək hər hansı
bir duyğunun – sevinc və ya kədərin, ümid və
ya ümidsizliyin təmsilçisinə çevrilirlər.
Ü.Hacıbəyli və M.Maqomayevin operala ‐
rında səslənən bütün muğamlar, məhz bu cür
ümumiləşmiş vəziyyəti – hisləri, başqa sözlə
desək, qəmi, kədəri, sevinci, məhəbbəti və s.
ifadə edirlər.
Bir çox bəstəkarlar ayrı‐ayrı vaxtlarda
opera səhnəsindəki hadisələri daha hərəkətli,
sərbəst, dinamik etməyə çalışmışlar ki, insan‐
lar musiqili teatrlarda real gerçəklikdə olduğu
Dostları ilə paylaş: