Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə115/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   111   112   113   114   115   116   117   118   ...   152
71

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




kimi fikir yürütsünlər və hərəkət etsinlər.

Dram və komediyalarda, roman və povest ‐

lərdə bu uyğunluq dərəcəsi yüksəkdir, aydın ‐

dır, deməli, operalarda da bunlara əsaslanmaq

lazımdır. Bu uyğunluğu əldə etməyə can atan

bir çox opera müəlliflərinin fikirləri məhz

belə dir. 

Bu baxımdan təəccüblü deyildir ki, Azər ‐

baycanda da özündə əsas ədəbi mənbələrin

janr əlamətlərini daşıyan  əsərlər yaranmışdır.

Bu qəbildən olan «Koroğlu» operası – dastan,

epopeya, «Vətən» – döyüş operası, oçerkə xas

yığcamlıq və fəal təsvir keyfiyyətlərinə malik

əsərdir. «Bahadur və Sona» – opera‐povest,

kiçik roman, «Sevil» – müasir həyatdan bəhs

edən lirik dram (pyes əsasında yazılmışdır),

«Aygün» – müasir həyatdan bəhs edən (povest

əsasında yazılmışdır) lirik povest, «Tülkü və

Alabaş» – alleqorik təmsil‐opera, «Aldanmış

ulduzlar» – improvizasiyalı maska teatrı

(M.F.Axundzadənin povesti əsasında), «Nizami»,

«Vaqif», «Natəvan» – böyük şairlərin obrazları

ilə, həyatdakı dəyişiklik lərlə, müstəqillik uğ ‐

runda mübarizə mövzusu ilə bağlı olan tarixi‐

bioqrafik operalardır.

Bu cür təmayüllər musiqi vasitələrinin

seçi 

mində bəstəkarların imkanlarını geniş 



ləndirir; müəlliflər tərəfindən ən gözlənilməz

ziddiyyət və qarşıdurmalarda dramaturji məsə ‐

lələrə cavab verən ifadə vasitələri cəlb olunur.

İctimai həyatda opera janrının əhəmiyyətli

olması o faktla da izah olunur ki, keçmiş sovet

dövləti özünün yarandığı ilk günlərdən opera ‐

ya böyük əhəmiyyət vermişdir. Sovet partiya

orqanları, informasiya vasitələri musiqili‐

səhnə janrlarının köməkliyi ilə sosializm,

kommunizm ideyalarını həyata keçirməyə can

atmışlar.

Təəccüblü deyildir ki, bəstəkarlardan yeni

inqilabi mövzuda operalar yaratmaq təkidlə

tələb olunmuşdur. Məhz 1920–30‐cu illərdə

yeni sosializm cəmiyyətinin nümayən dələ ‐

rinin, yeni dövrün qəhrəmanlarının iştirak et‐

diyi müasir mövzulu operaların yaradıl masına

xüsusilə təkan verilmişdir. 

Beləliklə də, ümumavropa tipli ilk Azər ‐

baycan operasının («Nərgiz») mövzusunu sovet

hakimiyyəti uğrunda mübarizə təşkil etmiş ‐

dir. 

Məlumdur ki, 1930‐cu illərdə sovet bəstə ‐



karları çox tez‐tez tarixi‐qəhrəmanlıq mövzu ‐

larına müraciət etmiş, tarixi hadisələrə, keçmiş

qəhrəmanlıqlara meyil edərək müasirliklə

keçmişin vəhdətini yaratmışlar. Bütün bunlar

bəstəkarların yaradıcılıq maraqlarının diapa‐

zonunu müxtəlif mövzularla, süjetlərlə mahiy ‐

yətcə genişləndirir, dinləyicilərdə vətənpər vərlik

hislərini, öz ölkəsinin tarixinə, qəhrəmanlarına

olan məhəbbəti artırır, yeni rəşadətlərə çağı ‐

rırdı. Və bu məcburi partiyalılıqdan qaçmaqla,

eyni zamanda da Vətənə, onun mədəniyyətinə

olan məhəbbəti gücləndirərək sovet hakimiy ‐

yəti uğrunda mübarizəyə səsləyirdi.

Bəstəkarlar tədricən tarixi‐qəhrəmanlıq möv ‐

zularına daha böyük diqqət verməyə başla ‐

dılar. Öz xalqının, öz ölkəsinin tarixi keçmi şinə

bugünkü mövqedən baxan müəlliflər keçmiş

qəhrəmanları mədh edirdilər. 

Beləliklə, M.Maqomayevin «Nərgiz» operası

tarixən hazırlanmış və zamanın tələblərinə

cavab verərək qanunauyğun şəkildə meydana

gəlmişdir. Eyni zamanda da öz dövrünün

opera incəsənəti yolunda milli operanın prob ‐

lemləri planında operanın mahnıvariliyi, janr

komponentlərinin mənimsənilməsi, muğamlar‐

dan ümumavropa istiqamətinə keçid də qanu ‐

nauyğun olmuşdur. 

Öz «yerli» məsələlərini həll edən milli

bəstəkarlarımız opera janrını klassik qanunlar

səviyyəsində bütün formaları ilə mənimsə ‐

məyə can ataraq Rusiyanın müasir operasına

yaxınlaşmağı bacardılar. Әlbə ə ki, əsas çətin ‐

lik intonasiya quruluşu məsələsi ilə bağlı idi.

Çünki opera üslubunun, hər şeydən əvvəl,

melodik üslubun yaradılması olduqca vacib

idi. 


Şübhəsiz, bu proses sürətli ola bilməzdi.

«Nərgiz» operasının yarandığı dövrdə musi ‐

qinin ayrı‐ayrı təbəqələrində müəyyən parça ‐

lan malar var idi. Bu isə müəyyən dərəcədə

M.Maqomayevin operasında hiss olunurdu.

Mahnıvarilik – xalq mahnıları və kütləvi‐inqi‐

labi mahnılarla əlaqədar idi. Melodiyanın

müəyyən hissəsini muğamlarla bağlı olan in‐

tonasiyalar təşkil edirdi. Bu da opera üslubuna


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin