P.Çaykovski, M.Musorqski, A.Borodin,
N.Rimski‐Korsakov, S.Raxmaninov, daha son‐
ralar D.Şostakoviç, S.Prokofyev kimi dahi
bəstəkarların yaradıcılıq ənənələri, təbii ki,
Azərbaycan bəstəkarları üçün çox böyük
məktəb olmuşdur. Bəstəkarlarımız onların
irsini dərindən öyrənərək və ənənələrini
davam etdirərək Rusiyada və digər ölkələrdə,
xüsusilə opera sahəsində geniş yayılmış yeni
dəbli antirealist cərəyanların təsirindən uzaq
durmağı bacardılar.
Təbii ki, Ü.Hacıbəylinin yeni siyasi‐sosial
şəraitdə tarixi‐qəhrəmanlıq mövzusuna müra ‐
ciət etməsi heç də təsadüfi deyildi. Bəstəkar
milli‐səhnə incəsənətinin problemlə rini həll
edərək, eyni zamanda bütün sovet incə
‐
sənətinin inkişaf yoluna qoşuldu. «Koroğlu»
operası elə bir dövrdə səsləndi ki, bu zaman
Kovalın «Yemelyan Puqaçov», Xrennikovun
«Tufanda», Dankeviçin «Boqdan Xmelnitski»
kimi operaları artıq yaranmışdı.
Azərbaycanda ilk ümumavropa tipli
operaların müəllifləri öz yaradıcılıqlarında
xalq kütlələrinin və tipik xarakterlərin fərdi
xüsusiyyətlərinin musiqili‐səhnə təcəssü münü
qarşılıqlı əlaqədə həyata keçirməyə nail oldu‐
lar. Bu, çox əhəmiyyətlidir, məhz bu əsərlərdə
operaların qəhrəmanlarının musiqili xarakte ‐
ristikasının psixoloji dərinliklə işlənilməsi vacib
bir ənənəyə çevrildi. Başqa sözlə desək,
operanın hər bir qəhrəmanı artıq səhnədə
muğam oxumadan bəstəkar tərəfindən ona
yazılmış fərdi musiqili xarakteristikaya malik
oldu. Qəhrəmanların musiqili xarakteristika ‐
sının psixoloji işlənməsi muğam‐monoloq
‐
larında təmsil olunan ziddiyyət və hadisələrin
ümumiləşdirilmiş ifadəsindən çoxşaxəli məzmu ‐
nunun konkret‐fərdi təcəssümünə doğru
irəliləyişə gətirib çıxardı.
Musiqi qaynaqlarının sintezi, ənənəvi xalq
musiqisinin intonasiya kökləri, kütləvi mahnı ‐
lar və müasir leksika ilə zənginləş dirilmiş
klassik opera musiqisi – bütün bunlar Ü.Hacı ‐
bəylinin «Koroğlu» operasındakı tarixi xid ‐
mətləri idi. Bu sintez Azərbaycan opera sının
üslubuna özünəxas cəhətlər aşıladı.
Beləliklə, XX əsrin əvvəllərindən muğam
operalardan başlayaraq XXI əsrin əvvəllərinə
kimi Azərbaycan operası böyük bir yol keç ‐
miş, müxtəlif mövzulu və rəngarəng janrlı
əsərlərlə zənginləşmişdir.
1.1930‐cu illərdə rus operaları istiqamə ‐
tində, sovet gerçəkliyi ilə bağlı müasir möv ‐
zuda yazılmış mahnıvari opera – «Nərgiz»;
2. Tarixi‐qəhrəmanlıq janrındakı opera –
«Koroğlu»;
3. Müasir hərbi mövzuda yazılmış opera –
«Vətən»;
4. Müasir mövzulu lirik operalar – «Sevil»,
«Aygün»;
5. Tarixi və vətənpərvərlik cizgiləri ilə zən ‐
ginləşdirilmiş lirik operalar – «Nizami», «Vaqif»,
«Natəvan»;
6. Klassik və müasir texnologiyalardan
istifadə etməklə muğam opera ənənələrini yeni
bədii keyfiyyətlərlə davam etdirən muğam‐
operaları – «Gəlin qayası», «Xanən dənin taleyi»,
«Ağ atlı haqqında əfsanə» rok operası.
Milli operanın yeni janrlarla zənginləş di ‐
rilməsi də qeyd edilməlidir. Bu, təmsil‐opera
«Tülkü və Alabaş» (opera‐alleqoriya), simvo‐
lik qəhrəmanlardan ibarət olan «Aldanmış ul‐
duzlar» operalarıdır.
Dostları ilə paylaş: