yaxınlaşma idi. Həm də operadakı epizodlar
daha çox xalqın ruhuna uyğun, kütləvi və
opera üslubunda idi.
Beləliklə də, «Nərgiz» operasında hələ də
vahid bir üslub əldə edilməmişdi. Çoxcəhətli
xalq yaradıcılığını ümumiləşdirilmiş, yüksək
bədii keyfiyyətlərlə və bütün mənbələrin sin‐
tezi ilə ayrılmaz şəkildə həyata keçirmək hələ
də mümkün olmamışdı. Bütün bunlar «Koroğlu»
operasında əldə olundu. Bu isə həmin ope ‐
ranın klassik opera hesab olunma sının əsas
səbəblərindən biridir.
Bununla yanaşı, Avropa və Rusiyanın klas‐
sik operalarına istinad edən, sovet ideolo ‐
giyası ilə əhəmiyyətli dərəcədə və mütləq
bağlı olan sovet operaları sırasına daxil olan
Azərbaycan operası, hə a dövrünün təma yül ‐
ləri çərçivəsində, mahnıvari operalar çərçivə ‐
sində belə fərdi milli simasını qoruyub saxlaya
bilmişdi.
Bir daha qeyd edək ki, öz dövrünün incə ‐
sə nət təmayüllərinə əsaslanan M.Maqomayev
zamanın canlı nəbzini tərənnüm edərək mövzu
və janr seçimində haqlı idi. Belə ki, həmin
dövrdə məhz mövzunun özü operanın janrını
müəyyənləşdirir və bədii formanı diktə edirdi.
Azərbaycan bəstəkarları – M.Maqomayev,
Ü.Hacıbəyli klassik ənənələri milli zəminlə
qovuşduraraq səhnədə klassik normalar
çərçivəsində öz xalq musiqisi (mahnılar, rəqs ‐
lər, muğamlar və s.) ənənələrini təcəssüm
etdirməyi bacardılar. Beləliklə, bu proses sin‐
tetik yolla həyata keçdi. Xalq musiqisi və milli
ənənələr hamıya məlum olan ümumavropa
qanunları və musiqi formaları ilə birləşdi.
Bəstəkarlar milli musiqidən intonasiya‐lad xüsu ‐
siyyətlərini götürüb onları dəyişərək məlum
opera formaları ilə uyğunlaşdırmağa nail
oldular.
Xatırlatmaq istərdik ki, Rusiya imperiyası
ilə siyasi, sosial baxımdan bağlı olan Azər ‐
baycan musiqi mədəniyyətinin həmin dövrün
opera incəsənətinin inkişaf axınında olması da
təbii idi. Sovet dövlətinin (Moskva nın) musiqi
incəsənəti bir növ oriyentir idi. Lakin bir sıra
azərbaycanlı mədəniyyət xadim lərinin Moskva
və Leninqradın məşhur sənət karlarından dərs
almalarına baxmayaraq, Azər baycan musiqi
mədəniyyəti özünəməx
susluğunu qoruyub
saxlaya bilmişdir.
Dostları ilə paylaş: