Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə113/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   109   110   111   112   113   114   115   116   ...   152
69

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




opera janrı artıq italyan operası ilə rəqabət

aparırdı.  

Quno, Meyerber, Bize kimi fransız bəstə ‐

kar larının, daha sonralar isə Qlinka, Çaykovski,

Musorqski, Rimski‐Korsakov, Borodin kimi

rus bəstəkarlarının adları bütün dünyada Ros ‐

sini, Verdi kimi məşhur italyan opera bəstə ‐

karlarının adları ilə yanaşı çəkilirdi.

Operanın əsrlər boyu inkişafı ərzində müx ‐

təlif üslublar, cərəyanlar, opera formaları mey‐

dana gəlib, mövcud olduğu yüz illər boyu

opera öz ətrafına nə qədər tamaşaçı toplayıb.

Bu yüzilliklər ərzində operanın palitrası müx ‐

təlif rəngarəng, çalarlarla zənginləşib: hər biri

öz keyfiyyətləri, üslub janrları, üslub xüsusiy ‐

yətləri ilə fərqlənən italyan teatrları; öz opera

janrını yaradan fransız yarmarka teatrı; Alma ‐

niyada, Veberin bütöv bir mərhələyə və Vaq ‐

nerin reformator operalarına təkan verən ciddi

«Freyşüts» zinqşpili... 

Həyatın siyasi və sosial quruluşundan asılı

olaraq hər bir tarixi mərhələ incəsənət sahə ‐

sinə öz dövrünün opera sənətində əks olunan

müəyyən dəyişikliklər gətirirdi. Təsadüfi deyil

ki, operanı demokratik janr hesab edir və bu

janrı geniş kütləyə yönəldiyi və eyni zamanda

ictimai həyatın barometri olduğu üçün «qa ‐

baq cıl ideyalar carçısı» adlandırırdılar.

Bir çox ölkələrdə öz dövrünün qabaqcıl

ideyalarını opera janrında təsdiq etmək, ope ‐

ranın məzmunu, demokratikliyi və onun xalq

yaradıcılığı ilə əlaqələrini dərinləşdirmək

uğrunda onilliklərlə mübarizə aparılırdı. 

Opera janrının görkəmli ustadları müxtəlif

dövrlərdə bu janra onun məzmununu dərin ‐

ləşdirən, musiqi dilini zənginləşdirən dəyişik ‐

liklər gətirirdilər. 

Opera sənətinin inkişaf tarixi operanı geniş

kütlələrə yönəldərək bu janrı ideya və məz ‐

munla zənginləşdirmək, musiqi ifadə sində

bütövlüyə nail olmaq və ədəbi‐bədii sahədə ən

yaxşı əsərlərdən geridə qalmamaq məqsədilə

həyata keçirilən bir sıra mühüm reformaların

şahididir. Bu baxımdan K.V.Qlyuk, V.A.Mot‐

sart, R.Vaqner, A.Dar qomıjski, M.Musorqski

və başqalarının reformalarını yada salmaq

kifayətdir.

Mövcud olduğu yüzilliklər boyu Avro 

panın «seria» və «buff» kimi italyan operaları,



R.Leonkavallo, C.Puççini P.Maskanyinin verist

operaları, fransız «komik» operaları, alman

zinqşpili, sonralar isə lirik‐psixoloji rus ope ‐

raları, musiqili dramları, reçitativli opera larla

tanış oldu. 

XX əsrdə opera bir çox dəyişikliklərə məruz

qaldı; bu bütün dünyada və xüsusilə də


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin