Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə109/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   105   106   107   108   109   110   111   112   ...   152
Şərh‐xülasə

Beləliklə, yuxarıda təqdim olunmuş məlu ‐

mat lara görə, qlobal istiləşmə probleminə elmi

nöqteyi‐nəzərdən  yanaş dıq da  sual  çıxır:

doğrudanmı, istiləşmə baş verir? Nə qədər

təəccüblü olsa da, bu adi suala bir 

mənalı

şəkildə cavab vermək olmur. Şübhəsiz, qlobal



istiləşmənin xeyrinə olan çoxlu sayda sanballı

faktlar mövcuddur, ancaq onların heç biri yüz

faiz inandırıcı deyildir, hər birinin bir

«əmması» vardır. Әn vacib fakt son 150 ildə

temperaturun 0,7

0

C artma sıdır, hansı ki, iqlim



normalarına görə az kəmiy yət deyildir. Bu‐

radaca həmin artımın daimi (davamlı) olmadı ‐

ğını qeyd etmək lazım 

dır: yəni göstərilən

müddətdə iki isti ləş mə və sonra soyuma sikli

müşahidə olunmuş, üçüncü istiləşmə 1970‐ci

ildə baş lamış və hələ davam edir. Belə tempera ‐

tur dalğalarının mövcudluğu bizi bir qədər

ehti yatlı olmağa çağırır, ona görə ki, sənaye

tullantılarının həcmi fasiləsiz (daimi) artmış ‐

dır və bunu məşhur «xokkey klyuşkası» (yuxa ‐

rıdakı qra fikə bax), İngiltərədə «sənaye inqi labı»

döv ründə atmosferdə karbon qazının konsen ‐

trasiyasının sıçrayışla artması təsdiq edir.   

İqlimin istiləşmənin xeyrinə olan əlamət ‐

lərindən biri buzların əriməsidir. Hazırda ən

çox əriyən dağlardakı buzlaqlardır, ancaq

planetar miqyasda dağ buzlaqlarında buzlar

elə də çox deyildir. Әn sanballı fakt Yer örtüyü

buzlarının səkkiz faizini təşkil edən Qren‐

landiya buzlağının əriməsidir, son yarım əsrdə

onun qalınlığı on dörd metr azalmışdır! Ark‐

tika dəniz buzları da son əsrin axırıncı iyirmi

ilində öz sahəsinin iyirmi faizini itirmişdir.

Antarktidanın şelf buzlaqları da hiss olunacaq

dərəcədə əriyir. Amma vacib odur ki, Antark‐

tida şelf buzları təkcə ərimirlər, belə görünür

ki, hə a artırlar (akademik Dobret 

sov).

Hələlik biz bilmirik, o nə qədər intensiv artır,



ancaq mümkündür ki, bu artım bütün yer

kürəsindəki istiləşməni kompensasiya edə

bilər. Beləliklə, yuxarıda sadalanan faktlardan

heç biri birmənalı şəkildə Yerin bu və ya digər

regionunda müşahidə olunan istinin, həqiqə ‐

tən, qlobal və həqiqətən, davamlı olmasını,

lokal və müvəqqəti olmadığını təsdiq etmir.   

Yuxarıda qeyd olunduğu kimi, müasir

iqlimşünaslıqda qlobal istiləşmə probleminə

bir neçə yanaşma vardır və onlardan əksəriy ‐

yəti həlledici rolu karbon qazına, onun texno‐

gen mənşəyinə verirlər. Karbon qazının rolu nun

olmadığını deyib, üstünlüyü günəş və aerozol

nəzəriyyələrinə çevirənlər də vardır. Bəzi nü‐

fuzlu alimlər iqlimin dəyişmə 

sinin əsas

səbəbini okean‐atmosfer siste min dəki avto ‐

rəqs lərdə görürlər. Nəhayət, qlobal istiləş mə ‐

nin olmadığına inandırmaq istəyən orijinallar

da vardır və o maraqlıdır ki, onların da ciddi

arqumentləri mövcuddur.   

Әn çox diskussiya obyekti olduğundan,

sonda atmosfer qazlarının yaratdığı istilik

effektinə bir də baxaq. Özlüyündə istilik qaz ‐

ları Yer üçün çox böyük müsbət əhəmiyyət

kəsb edir: onsuz Yerin orta temperaturu müs ‐

bət on beş dərəcə yox, mənfi on səkkiz dərəcə

olardı. İstixana effektindən danışanda əsas is‐

tixana qazının karbon qazı deyil, su buxarı

olduğu az yada salınır və ya heç qeyd olun‐

mur. Su buxarının istixana effekti o biri qaz ‐

ların hamısının payından xeyli çoxdur, o

bütün istixana effektinin altmış faizini verir.

Bəzi tədqiqatçılar bu faizi səksənə qaldırır.

Karbon qazı bu prosesdə xeyli geridə qalır və

ikinci yerdə durur. Bu qaz həmişə dövran ‐

dadır: fotosintez prosesində su və yerüstü

bitki örtüyü tərəfindən udulur, bitki qalıqları

çürüdükdə isə atmosferə qayıdır.  Və yanacaq


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin