Әks tərəfin sübutları
İqlimdə istiləşmənin getmədiyini israr
edənlərin birinci arqumentlərindən biri 100 il
ərzində 0,70C istiləşmənin ölçmə xətası
çərçivəsinə daxil etmələridir.
ABŞ Milli Akademiyasının keçmiş prezi‐
denti Frederik Zeytsin başçılığı ilə 17000 alim
1988‐1998‐ci illərdə ABŞ‐da, ümumiyyətlə,
temperaturun 0,08 və bütün dünyada isə
0,047
0
C azaldığını sübut edir. Üstəlik, yenə də
onların fikrincə, fotosintez hesabına atmos ‐
ferdə CO
2
‐nin çoxalması ABŞ‐da meşənin 30%
artmasına gətirmiş və bir çox hallarda buğda,
düyü, kartof, paxlakimilərin və meyvə
ağaclarının məhsuldarlığı 20–40% artmışdır.
Әn əsası, Moskva Okeanologiya İnstitutu‐
nun əməkdaşı, mənim həmkarım O.Q.Sorox‐
tinin hesablamalarına görə, «istixana effekti»
terminini Yer atmosferinə tətbiq etmək absurd‐
dur, ona görə ki, Yer atmosferlə istilik
mübadiləsi olmayan və ona görə də bu effekt
yaranan şüşə ilə bağlı istixana deyil. Özünü
nizamlayan sistem kimi, Yer atmosferində
konvektiv mübadilə mövcuddur və ona görə
də atmosferdə CO
2
çoxaldıqca troposfer ilə
konvektiv mübadilə intensivləşir və bununla
da artıq yaranmış anomal istilik atmosferdən
xaric olunur.
Dostları ilə paylaş: |