Beləliklə, qlobal istiləşmə ideyasının tərəf ‐
darları, yəni, əsasən, İqlim Dəyişmələri üzrə
Dövlətlərarası Ekpertlər Qrupu (İDDEQ)
atmosferdə karbon və metan qazlarının get ‐
dikcə artması nəticəsində istixana effektinin
yaranmasını inkar edirlər. Qeyd edək ki,
istixa na effektinin ideyası ilk dəfə 1827‐ci ildə
Fransa fiziki Josef Furye tərəfindən veril miş ‐
dir. Belə ki, bu ideyaya görə, müəyyən qazlarla
zəngin atmosferin üst qatı yer səthindən istilik
şüalanmasına şəffaf olmur, onları troposferdə
saxlayır və nəticədə bu qatın temperaturu
qalxır. Yerin istilik balansına təsir dərəcəsinə
görə əsas istilik qazları aşağıdakılardır: su bu ‐
xarları, karbon qazı, metan və ozon (cədvələ bax).
Beləliklə, qlobal İDDEQ və istiləşmə tərəf ‐
darları yuxarıda sadalanan kataklizmaların
hamısının səbəbini atmosferdə istixana yara ‐
dan qazların, xüsusən karbon qazının miqda ‐
rının antropogen fəaliyyət nəticəsində
art ma sında görürlər (şəkil 3). İDDEQ‐nin
hesabatında qeyd olunur ki, atmosferdə istixa ‐
na qazlarının və aerozolun konsentrasi ya sının
dəyişməsi, yer kürəsinin bəzi region larında yeni
torpaqların intensiv şəkildə mənim sənilməsi
iqlim sistemində istilik radiasi yasına, onun
udulması və səpələnməsinə təsir göstərir. Və
bu da, öz növbəsində, qlobal radiasiya
balansını dəyişdirir (müsbət və ya mənfi).
Həmin qrupun rəsmi məlumatına görə,
2005‐ci ildə atmosferdə CO
2
‐nin miqdarı səna ‐
yedən əvvəlki dövrə (1750‐ci ilə qədər) 35 %
artmışdır, 280 mln‐1‐dən 379 mln‐1‐ə qədər.
Metan (CH
4
) əhəmiyyətinə görə ikinci istilik
qazıdır. Onun konsentrasiyası 1,5 dəfə art ‐
mışdır, 715 mlrd‐1‐dən 1774 mlrd‐1‐ə qədər.
Həmin müddətdə azot oksidi (N
2
O) 18 % art ‐
mışdır, 270 mlrd‐1‐dən 319 mlrd‐1‐ə qədər.
Bütün istixana qazlarının iqlim sisteminə ra‐
diasiya təsiri +2,63 Vt/m
2
‐na bərabərdir. Qeyd
edək ki, istixana qazının konsentrasiyası mil ‐
yon (mln‐1) və yaxud milyard (mlrd‐1)
molekul atmosfer havasında həmin qazın
molekullarının sayı ilə ölçülür.
İDDEQ‐nin fikrincə, təcili surətdə Kioto
protokolu bütün ölkələr tərəfindən ratifikasiya
olunmasa və CO
2
‐nin atmosferə atılması azal ‐
dılmasa, Qrenlandiya və Antarktida buzlaq ‐
ları da daxil olmaqla, Yerin bütün buzları
əri yəcək, okeanın səviyyəsi 15–20 metr qalxa‐
caq və bu da London, Sankt‐Peterburq və s.
şəhərlərin su altında qalması deməkdir.
Dostları ilə paylaş: