Litosfer tavalarının hərəkətləri uzun zaman
kəsiyində kontinentləri hərəkətə gətirir, oke‐
anda su dövranlarını formalaşdırır, dağ suayrı ‐
cılarını dağıdır və yenisini yaradır, yəni iqli min
mövcud oluğu səthi yaradır. Son zamanlar
aparılmış tədqiqatlar tektonik hərəkət
lərin
axırıncı buz dövrünün şəraitinin dərinləş diyini
göstərdi: 3 milyon il əvvəl şimali və cənubi
Amerika tavaları toqquşmuş, Pana ma boğazı
yaranmış və Atlantik və Sakit okean
ların
sularının birbaşa qarışması başlamışdır.
Vulkanik püskürmə iqlimə təsir edib onu
bir neçə il soyutmağa qabildir. Məsələn, 1991‐ci
ildə Pinatubo vulkanının püskürməsi iqlimə
əsaslı təsir göstərdi. Nəhəng maqma vadiləri
yaradan giqant püskürmələr yüz milyon ildə
cəmi bir neçə dəfə baş verir, amma onlar iqlimə
milyon illər təsir göstərir və bioloji növlərin
məhv olmasına səbəb olur. Әvvəlcə alimlər elə
fikirləşirdilər ki, vulkan püskürmə sindən atmos ‐
ferə atılan tozlar Günəş şüala rının yerə çat ‐
masına mane olur və ona görə də soyuqlaşma
yaradırlar. Ancaq sonrakı ölçmə lər bu tozun
böyük hissəsinin altı ay ərzində Yer səthinə
çökdüyünü göstərdi. Vulkanlar həm də kar‐
bon geokimyəvi sikllərinin bir hissəsidir. Bir
çox geoloji dövrlər ərzində Yerin təkindən
atmosferə karbon dioksidi atılmış və bununla
da atmosferdən götürülən CO
2
əvəzi kompen‐
sasiya olunmuşdur.
Buzlaqlar iqlimin dəyişməsinin ən həssas
göstəricilərindəndir. İqlim soyuyan zaman
onların ölçüləri əsaslı şəkildə artır («kiçik
buzlaşma dövrü») və istiləşən zamanı isə aza ‐
lır. Buzlaqlar təbii dəyişmələr və xarici təsir ‐
lərdən asılı olaraq inkişaf edir və yaxud əriyir.
Son bir neçə milyon ildə ən mühüm iqlim
prosesləri Yerin orbitinin dəyişməsi ilə əlaqə ‐
dar cari buzlaşma dövrünün qlyasioloji və in‐
terqlyasioloji siklləridir.
Dostları ilə paylaş: |