Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə102/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   98   99   100   101   102   103   104   105   ...   152
Kioto protokolu bu gün qlobal istiləşməyə

qarşı əsas beynəlxalq razılaşdırmadır (1997‐ci

ildə razılaşdırılmış, 2005‐ci ildə qüvvəyə min ‐

mişdir), BMT‐nin İqlim Dəyişmələri Çərçivə

Konvensiyasına əlavədir. Protokola 160 ölkə

daxildir və ümumdünya istilik qazlarının



62

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Qaz

Düsturu

Payı (%)

Su buxarı

H

2

O



36-72 %

Karbon qazı

CO

2

9-26 %



Metan

CH

4



4-9 %

Ozon


O

3

3-7 %



Yer atmosferindəki əsas istixana qazları

(şəkil 3)


tullantılarının 55%‐ni əhatə edir. Protokolun

icrasının birinci mərhələsi 2012‐ci ildə qur ‐

tardı. Yeni razılıq haqqında danışıqlar 2007‐ci

ildə Bali (İndoneziya) adasında başlamış və

2009‐cu ildə Kopenhagen və 2010‐cu ildə Dur‐

banda (Cənubi Afrika) davam etdirilmişdir.    

Protokolun ideyası 1997‐ci ildə iqlimin qlo ‐

bal istiləşməsinə həsr olunmuş forumda yaran ‐

mışdır. Dövlətlərin bir yerə toplanmış

nüma  yəndələri 1990‐cı ilə nisbətən 2012‐ci ildə

atmosferə atılacaq qazlar haqqında kvotanı

bölüşdürməyə cəhd göstərdilər. Kvota haq ‐

qında mübahisələr Forumu uğursuzluğa düçar

edirdi. Vəziyyəti xilas etmək üçün ABŞ‐ın o

zamankı vitse‐prezidenti Albert Qor təcili fo‐

ruma gəldi və katalizator rolunu oynayaraq,

dövlətlərin ekspertlərini dilə tutdu və pro‐

tokol imzalandı. Ancaq sonradan Klinton apa ‐

ratı bu protokolu ratifikasiya üçün heç Konq resə

də göndərmədi. Buş administrasiyası isə bir

qədər irəli getdi və elan elədi ki, Kioto pro‐

tokolu ABŞ‐n milli maraqlarına ziddir və

Ame rika Kioto protokolundan çıxır. Yada salaq,

dünya sənaye istehsalının və onun nəticəsi kimi

də CO

2

‐nin 37%‐i ABŞ‐ın payına düşür. Kioto



protokolunun növbəti fiaskosu Kopenhagen

sammitində baş verdi. Kvotanın verilməsi üçün

müxtəlif variantlar və qruplar təklif olundu,

ölkələr karbon qazının azaldılması haqqında

razılığa gələ bilmədilər. Çin və Hind kimi

sənaye monstırları öhdəçilik götürmədilər. Bu

təşəbbüsdə ancaq Avropa İ ifaqı öhdəçilik

götürdü və icra edir. 

Qeyd edək ki, Kioto razılığı çox mürəkkəb

sənəddir, bura sənaye istehsalından başqa,

«insan hüquqları», «demokratiyanın inkişafı

və dərinləşdirilməsi», «beynəlxalq terrorizm»

və s. kimi məsələyə o qədər dəxli olmayan

şərtlər dəsti daxil edilmişdir və bu da bir çox

dövlətlərin ona ehtiyatla yanaşmasına gətirir.  


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin