Rusiya Mərkəzi Aeroloji Stansiyasının
əməkdaşı Y.A.Jadinin fikrinə görə, ozonun
miqdarının dəyişməsinin səbəbi okean‐atmos‐
fer sistemindəki təbii amillərdir. Ozonun
özünün dəyişməsi dövri xarakter daşıyır və
hazırda əsrlik norma çərçivəsindədir. İnsan
fəaliyyəti təbii proseslərdən xeyli kiçik
olduğundan CO
2
‐nin atmosferə atılması onun
ümumi blansını 3–5 %‐dən çox artıra bilməz.
Belə ki, sənayedən hər il atmosferə atılan CO
2
6–7 mlrd. ton olduğu halda, ancaq okean
tərəfindən udulan və buraxılan CO
2
‐nin
miqdarı 182 mlrd. ton təşkil edir.
Burada qeyd edək ki, istiləşmə ideyasının
tərəfdarları təbii istiləşməni mif sayırlar.
Onların məlumatlarına görə, Günəş aktivliyi
üzərində son 28 ildə aparılmış müşahidələr 11
illik sikldə günəş radiasiyası axınının rəqsinin
maksimumla minimumu arasındakı fərq 0,08 %
təşkil edir və onun istiləşməyə yönəlmiş heç
bir trendi müşahidə edilmir. Günəş axınının
qlobal atmosferə birbaşa radiasiya təsiri 1750‐ci
ildən hazırkı dövrə qədər cəmi 0,12Vt/m2‐dir.
Məşhur Amerika fiziki Frimen Dayson
deyir ki, qlobal istiləşməyə qarşı aparılan
tədbirlər çoxdan elm sferasına daxil deyil,
onlar siyasətçilik və spekulyativ biznes xarak‐
teri daşıyırlar. Weather Channel telekanalının
yaradıcısı Jon Kolmana görə, «qlobal istiləşmə
adlandırılan bu yalan tarixin ən böyük fırıl ‐
daqlarındandır». Onun sözlərinə görə, «bəzi
qorxaq və ikiüzlü alimlər ətraf mühiti müxtəlif
siyasi məqsədlər xatirinə camaat arasında
qlobal istiləşmə illüziyasını yaratmaq üçün
hava haqqında uzunmüddətli müşahidələrlə
manipulyasiya edirlər. Danimarka iqtisadçısı
Byorn Lomborq hesab edir ki, qlobal istiləşmə
bəzi mütəxəssis və jurnalistlərin yazdığı kimi
təhlükəli deyildir. O deyir: «İstiləşmə möv ‐
zusu qızışdırılmışdır». Professor A.P.Kapit‐
saya görə, kosmik və geofiziki amillər
fonunda iqlim dəyişmələrində insanın töhfəsi
heç nədir.
2009‐cu ildə kompyuter hakerləri Şərqi
İngiltərə Universitetinin poçt serverinə gir di ‐
lər, alimlərin məktublaşmaları cəmiyyətə məlum
oldu. Tənqidçilər elan etdilər ki, bu yazışma ‐
lara görə, son illərdə Yer üzərində temperatu‐
run artmadığı nəticəsinə gəlmək olar. Bu
məlumat Şərqi İngiltərə Universitetinin İqlim
Mərkəzinin xətrinə dəydi, Hedli Mərkəzinin
İqlim şöbəsi ilə birgə alimlərə qarşı qoyulan
i ihamların əsassız olması haqqında bir neçə
məlumat yaydılar. Ancaq 2011‐ci ildə hakerlər
tərəfindən yeni oğurlanmış məktublar internet
şəbəkəsinə qoyuldu.
Dostları ilə paylaş: