Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə124/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   120   121   122   123   124   125   126   127   ...   152
76

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Almaz mükəmməl bir elektrik izolya‐

torudur. Həmçinin istilik keçiriciliyi ən

yüksək olan maddədir.

Almaz orijinal olaraq yalnız kimberlit

qayalarında tapılır. Bu qayalarda kalsit, olivin,

ilmenit, mika və s. kimi bir çox başqa mineral

da olur.  Kimberlit yer qabığının dərin təbə qə ‐

lərində kanallar şəklində olur. Almazın bəzi

yer qabığı hərəkətləriylə yuxarıya çıxdığı güman

edilir. Qismən də bəzi bölgələrdə çay qum ‐

larına qarışmışdır. Almazın ən çox tapıldığı

yerlər Cənubi Afrika (Kimberleydə), Cənubi

Amerika, İndoneziya və Hindistandır. Dün ‐

yada almaz, əsasən,   Bostvana, Avstraliya, Rusiya,

CAR, Anqola, Konqo, Kanada, Nami biya, Bra ‐

ziliya, Çin və s. ölkələrdə xammal şəklində

hasil olunur. İndiyə qədər tapılan ən böyük

almaz Kullian almazıdır. O 3106 karat olmuş ‐

dur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu

brilyant Cənubi Afrikada 1905‐ci ildə tapıl ‐

mışdır. Kullianı həm də «Afrikanın ulduzu»

kimi tanıyırlar.  Sarı və qəhvəyi almazlara tələ ‐

bat azdır. Bənövşəyi və yaşıl almazlar çox

məq buldur. Kəsilmə şəkli, bəlkə də, ən mühüm

faktordur və parça böyüklüyü ilə qiyməti

artır.


Almaz zinət əşyası və üzük daşı olaraq çox

istifadə edilir. Almazın gözəlliyi qədimdən də

çox diqqət çəkmiş və hə a xəstəlik və zəhər ‐

lənmənin qarşısını aldığı güman edilmişdir.

Almazın əsas qiyməti kəsmə texnikasının

inkişafından sonra (XVII əsrin sonlarına doğru)

başlamış dır. Almazın kəsilməsi yenə almazla

həyata keçirilir. Zinət əşyalarından başqa

sənaye alətlərində də almaz dəyərini saxlayır.

Sənayedə şüşəkəsici, daşyonucu, dəlici və cila ‐

layıcı alətlərdən istifadə edilir. Almaz təbii

halda yüksək təyziq və temperatur altında

təxminən 150 km dərinlikdə və 1200–1400 °C

arasında yaranır. Almazların ana süxuru peri‐

dotit və ekloqitdir.

Brilyant

Brilyant təbii qiymətli daşdır. O, zinət

əşyası kimi uzun müddətdir ki, istifadə olu ‐

nur. Brilyant fransız dilindən tərcümədə

«parıltı» mənasını verir. Təbiətdə brilyant

hazır formada olmur. O, təbii parıltısını mak‐

simal dərəcədə saxlamaq şərti ilə almazın

müəyyən emal prosesindən sonra  əmələ gəlir.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin