Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə126/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   122   123   124   125   126   127   128   129   ...   152
77

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




mavi, göy və qara rəngdə brilyantlara da rast

gəlinir.


Süni yolla brilyantın rəngini 3 yolla

dəyişirlər. Yüksək temperaturla, yüksək təz ‐

yiqlə və irradatsiya (subatom hissəciklərinin

şüalanması yolu ilə) yolu ilə brilyanta müxtəlif

rənglər verilir.

Brilyant nə qədər rəngsiz olsa, bir o qədər

dəyərli hesab olunur.

Brilyantın çəkisi karatla ölçülür. 1 karat 0.2

qrama (200 mq) bərabərdir. Kütləsinə görə

brilyantlar kiçik (0.29 karata kimi olanlar), orta

(0.30 ‐dan 0.99 karata qədər olanlar) və böyük

(1 karat və ondan çox olanlar) karatlı brilyant‐

lar qrupuna bölünürlər. Brilyantın karatı

artdıqca, qiyməti də artır.

Brilyanta, əsasən, şəffaflığına görə qiymət

verilir. Təbii daş olduğuna görə brilyantın

tərkibində kiçik qaramtıl hissəciklər olur. Bu

hissəciklər nə qədər kiçik və görünməz olsa,

brilyantın qiyməti bir o qədər baha olar.

Brilyant almazın emalından sonra əmələ

gəlir. Dünyada elə brilyantlar mövcuddur ki,

onlar tarixdə buraxdıqları izlərə görə çox

məşhurdurlar. Məsələn:

Yaşıl Drezden – açıq‐yaşıl rəngdə qü‐



sursuz keyfiyyətə malik brilyantdır. Bu

brilyant Drezdendə saxlanılır və 41

karatdır.

Xoupun almazı – çox nadir dərin sapfir



rəngində olan bu brilyant, həm də

düzgün praporsiyaya malikdir. 1830‐cu

ildə onu zinət əşyalar kolleksioneri

bankir Xoup auksionda əldə etmişdir

və brilyanta öz adını vermişdir. 1958‐ci

ildən Vaşinqtonda saxlanılır və 44.5

karatdır. Hesab olunur ki, bu daş

bədbəxtlik gətirir.

Kullian I – Şəffaf və rəngsizdir,



damcıya oxşar formaya malikdir. Dün ‐

yada mövcud olan ən böyük almaz dır.

Təqribən 530.2 karatdır. Bu brilyant

hal‐hazırda Tauerdə (Londonda) saxla ‐

nılır. O VII Eduardın skipeterini (hökm ‐

dar əsasını) bəzəyir.

Sansi – damcıya oxşar formadadır.



Solğun sarı rəngdədir və 55.23 karat dır.

Markiz Nikolya de Sansi onu İspani ‐

yadan  qaçan  Portuqaliya  şahza  də sin ‐

dən almışdır və sonralar brilyanta onun

adı verilmişdir. Sansi hal‐hazırda Luvrda

saxlanılır.

Tiffani – 128.51 karatdır. Parisdə hazır ‐



lanmış bu brilyant «Tiffani» firması

tərəfindən əldə olunmuşdur. Hal‐

hazırda Nyu‐York şəhərindədir.

Koxinur – 180.93 karatdır. Bu brilyant



1300‐cü ildən bəri mövcuddur. Әvvəl ‐

lər üzərində sarımtıllıq olsa da, son‐

radan təraşlama nəticəsində ideal vəziy yətə

çatdırılmışdır. Hal‐hazırda Britaniya

kraliçası Yelezavetanın tacını bəzəyir.

Tauerdə (Londonda) saxlanılır.

Kullian VI – Dünyada ən böyük olan



3106 karat məşhur Kullian brilyantının

105 hissəsindən biridir. Təqribən 63.6

karatdır. 1911‐ci ildə Kraliça Merinin

tacına taxılmışdır. Hal‐hazırda Tauerdə

(London) saxlanılır.

Nassak – 43.88 karatdır. İlkin formada



90 karat olmuşdur və Bombeydə

(Hindistan) Nassak şəhərində Şivanın

kilsəsində saxlanılırdı. 1853‐cü ildə

ingilislər Hindistanı işğal etdikdə




Nassakı qənimət kimi götürmüşdülər.

1927‐ci ildə  Nyu‐Yorkda ona zümrüd

forması verildi. Hal‐hazırda ABŞ‐da

şəxsi kolleksiyada saxlanılır.

Şahın almazı – 88.7 karatdır. Mənşəcə



Hindistan brilyantıdır. Hal‐hazırda Ru ‐

siya Federasiyasının «Almaz Fondu»nda

saxlanılır.

Florentiets – 137.27 karatdır. Sarı limon



rəngindədir. 1657‐ci ildən bəri Floren‐

siyada Medici ailəsinə məxsus olub.

XVIII əsrdən Habsburqerin tacına bər ‐

kidilmişdir və bəzək sancağı kimi

istifadə olun muşdur. II Dünya mühari ‐

bə 


sin 

dən sonra bu brilyantın taleyi

məlum deyil.


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin