Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə134/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   130   131   132   133   134   135   136   137   ...   152
84

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Dəyərli kitablar 



əsərində vaxtı keçmiş paradiqmalar yerinə

həyatın özündən qaynaqlanaraq biolojik və

canlı sosial sferanı da əhatə edən elmi para ‐

diqmaların yenidən yaradılmasını vurğulayır. 

Fritof Kapra  «Həyat şəbəkəsi» (the web of

life) və «Gizli əlaqələr» (the hidden connec‐

tions) kitablarında bütün düşüncələrini sis‐

temli şəkildə ifadə etdiyini bildirir. Әn son isə

kolleqası Pier Luisi tərəfindən 2014‐cü ildə in‐

terdisiplinar şəkildə  «Həyata sistemli baxış:

baxış tərzinin vəhdəti» (the systems wievu of

Life: A unifying vision) Kembric nəşriyya tında

nəşr olunan əsərini qeyd edə bilərik. 

Kapra, eyni zamanda son illərdə özünün

də ifadə etdiyi kimi, Leonardo Da Vinçinin

yaradıcılığı ilə ciddi şəkildə maraqlanmışdır.

O bu istiqamətdə tədqiqatlarının nəticəsində

heyrətləndirici şəkildə müəyyən etmişdir ki,

Da Vinçi Qalileydən 100 il əvvəl empirik

metodu inkişaf etdirmişdir. Lakin onun bu

inkişaf  etdirmə metodu Qaliley və Nyutonun

mexaniki sistemindən fəqli idi. Belə ki, bu

metodda həyat formlarına və transformasiya

prosesinə istinad edilirdi. Bu düşüncələr onun

iki kitabında  «Leonardonun elmi» (the sci‐

ence of Leanardo‐2007)  və «Leonardodan öy ‐

rən 

mə» (learning from Leanardo‐2013)



əsər lərində ciddi şəkildə izah olunur.

Maraqlı olan məqamlardan biri də odur

ki, Fritof Kapra Çexoslovakiyanın 1992‐ci ildə

sülh şəraitində Çexiya və Slovakiyaya ayrıl ‐

masının banisi olan  məşhur Çex dramaturq

və siyasətçisi Vaslav Havelin kitabı nın ilk

səhifəsində də qeyd etdiyi bir cüm lə sinə isti‐

nad edərək kitabının adını «Gizli əlaqələr»

adlandırmışdır: «Savadlı olmaq, varlıq alə ‐

mində mövcud olan gizli əlaqələri görmək

deməkdir». Kapra, bu kitabda eyni zamanda

Vaslav Havelin digər intellektual görüşlə ‐

rindən də iqtibaslar gətirir. 

Fritof Kapra «Gizli əlaqələr» adlanan kita ‐

bında əsas məqsədin konseptual olaraq

özündə həyatın biolojik, koqniqtiv və sosial

aspektlərinin cəmləşdiyi bir təfəkkür tərzini

təqdim etdiyini ifadə edir. O bununla nəinki

həyat, rasionallıq və cəmiyyətə sintezvari

vəhdət aspektindən baxmağı, hə a müasir

dövrün əsas problemlərinə dair də sistemli

yanaşma tərzini təqdim edir. 

«Gizli əlaqələr» kitabı iki fəsildən ibarət ‐

dir. Birinci fəsildə 3 alt başlıq mövcuddur. Bu

başlıqlar altında həyatın, rasionallığın, şüurun

təbiətinə və ümumi istiqamətlərinə dair kon‐

septual və nəzəri əsaslar izah olunur. Bu kon‐

septual sistemlərin praktiki arqument ləri isə

ikinci fəslin alt başlıqlarında tədqiq olu nur.

Məhz ikinci fəslin  dördüncü alt başlı ğında

sosial nəzəriyyələrin sosial qurum ları idarə

etmədəki funksional və praktiki rolu incələ ‐

nir. Kapraya görə burada əsas maraqlı məqam

odur ki, hansı dərəcəyə qədər sosial sfera

canlı sistemlər olaraq hesab oluna bilər?

Bundan sonra ikinci fəslin digər alt

başlıqlarında təhlükəsizlik kontekstində iqti‐

sadi qloballaşma, biotexnologiyaların elmi və

etik problem analizləri, xüsusilə genetik

inkişaf modellərinə toxunulur. 

Kapranın düşüncə sistemində əsas yeri

həyat alır. Təsadüfi deyil ki, onun kitabının

bir adı da «Həyat şəbəkəsi» (The web of Life )

adlanır. Kapra, əsasən, həyatın parçalan ma ‐

sına gətirib çıxaran texniki və sosial elmlərin

akademik mənada ayrılmasına qarşı çıx maq ‐

dadır. Bu mənada materiya və sosial struktur ‐

ları tədqiq edən elmlər artıq müasir dövrdə

inteqrativ mahiyyət daşıyır. Təbiətin material

və sosial strukturların konseptual  mahiyyə ‐

tini vəhdət şəklində dərk etmədən  müasir

dövrdə parçalayıcı anlayışlarla hər şeyi məhv

edə bilərik. Məhz «Gizli əlaqələr» kitabı bu

istiqamətdə qeyd olunan  məqsədlərə çatmaq

üçün konsepsiyalar irəli sürür. 


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin