Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə130/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   126   127   128   129   130   131   132   133   ...   152
81

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




sırasında özünə layiqli yer tutub. Hələ qədim

dövrlərdən litoterapiyaya mirvarinin ürək

xəstəliklərinin dərmanı olması məlum idi.

Litoterapevtlər kəskin ürək ağrıları zamanı

kiçikölçülü mirvarini dilin altında saxlamağı

məsləhət görür dülər. Mirvari ağrıları götürür,

ürək döyün 

tülərini, aritmiyanı sakit 

ləşdirir,

itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə,

mirvari insanı cavan saxlayır, sek sual həssaslığı

artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan

başqa, onun beyin xəstəliklərində, zəhərlən ‐

mələrdə kömək etdiyi də məlumdur. Göz

sinirlərinin və başqa göz xəstəliklərinin müali ‐

cəsində, həmçinin «toyuq korluğu»nda da

mirvaridən istifadə olunur. Litoterapevtlər

bildirirlər ki, mirvari görmə itiliyini artırır.

Bundan başqa, bu qiymətli daş qanı təmiz ‐

ləyir, onun al‐qırmızı rəng almasına səbəb

olur. Mirvari insanı qorxudan, stresdən qoru‐

maqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxu ‐

suzluğu, miqreni, babasili müalicə edir. Ondan

böyrək, qaraciyər, öd xəstəliklərində də

istifadə olunur. Dişlərə parıltı verir, ağızdan

pis qoxunu uzaqlaşdırır. Mirvari hamilə

qadınlar üçün də çox faydalıdır, ana bətnində

dölü qoruyur. Yüksək temperatur zamanı ef‐

fektli vasitədir. Şəkərli diabet xəstələrinə,

astma tutmaları zamanı da çox köməyi olur.

Allergik reaksiyalarda müsbət təsiri var.

Qədim hind təbabəti isə möhkəmləndirici

vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıl ‐

dığı suyu içməyi məsləhət görür. Bunun üçün

xırda mirvarilər gecədən suya qoyulmalıdır.

Belə hesab olunur ki, bu su orqanizmdə

maddələr mübadiləsini tənzimləyir, kəskin

göz xəstəliklərində, soyuqdəymədə, endokrin,

qadın xəstəliklərinin müalicəsində yararlı sayılır.

Yaponiyada, hə a apteklərdə toz halında

mirvari satılır və buna tələbat böyükdür.

Yetişdirilmiş mirvarilərin zərgərləri qane

etməyən hissələri Cənub‐Şərqi və Cənub‐

Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi

istifadə olunur. Müasir dövrdə hazırlanan

dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.

Mirvari təkcə gözəl görünüşünə görə deyil,

mistik tərəflərinə görə də insanların, xüsusilə

qadınların diqqətini cəlb edir. Ta qədim za‐

manlardan mirvari xoşbəxtlik daşı sayılır. O,

sahibinə arzu və istəklərini həyata keçirmək

imkanı verir. Deyilənlərə görə, yuxuda mir‐

vari görmək gələcək uğurlardan xəbər verir.

Yuxuda mirvaridən düzəldilmiş hədiyyə

almaq isə var‐dövlətə işarədir. Keçmiş inanc ‐

lara görə, mirvari sevinc, xoşbəxtlik, var‐dövlət

gətirir, xoşbəxtlik talismanı sayılır. Elə bu üzdən

subay qızlara mirvaridən hazırlan mış zinət

əşyaları istifadə etmək məsləhət görülür. Mir‐

vari qaşlı üzük insanı əliəyri lik dən, düşünül ‐

məmiş, düzgün olmayan addım lar atmaqdan

çəkindirir, sevgidə sadiqliyi qoruyur.

Başqa bir inama görə, mirvarinin rənginin

tutqunlaşması onun sahibinin ağır xəstəliyə

düçar olmasına, yaxud da tezliklə öləcəyinə

dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki,

xəstə insanların istifadə etdiyi mirvari sürətlə

sıradan çıxır, parıltısını daha tez itirir. Әgər

mirvari qəfildən xarab olmağa başlayırsa,

dərhal sağlamlığınızın qeydinə qalın. Bəzi

inanclara görə, mirvari ailəli adamlara yaxşı

təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkə ‐

lərdə gəlin bəzəyi kimi mirvaridən isti fadə

olu nur. Qədim Romada təzə evlənənləri mir‐

vari boyunbağı ilə sarıyırdılar. Bu, ər‐arvad

sadiq liyinin simvolu sayılırdı. Çində gəlinin

baş geyimindən o qədər  mirvari düzülmüş sap

asırlar ki, gəlinin üzü görünməz olur. Bundan

başqa, üzərində mirvari gəzdirən insanlar

lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara

qoyur, səhvini düzəltməyə çalışır. Bununla

belə, qara mirvari depressiya, hüzn, darıx ‐

dırıcılıq gətirir. Gənc qadınlara onu daşımaq

məsləhət deyil. Deyilənlərə görə, qara mirvari

gəzdirən qadınlar tez dul qalırlar.

Qiymətli daş‐qaşlar arasında mükafat

şəklində təqdim olunanı da mirvaridir. Hələ

qədimdən Romada kvadriqlərin (iki təkər

üzərində dörd ata qoşulu antik araba) yarı ‐

şında qalib üçqat mirvari boyunbağı ilə müka ‐

fatlandırılırdı. Çingiz xan dönəmində mirvari

var‐dövlət, hökmdarlıq, əzəmət, qüvvət sim vo lu

idi.

Qeyd etdiyimiz kimi, digər zinət əşyala ‐



rından fərqli olaraq, mirvari 100–150 il olduğu

kimi qalır, sonra sıradan çıxır. Tədqi qatçılar,

zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki,

mirvarinin tez «qocalmaması» üçün ondan




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin