daim istifadə etmək lazımdır. Mirvarini günəş
altında tutmaq məsləhət deyil. Çünki isti onu
sıradan çıxarır. Hə a insan bədəninin hərarəti
də onu xarab edir. Kosmetika, saç lakı, tər,
çirk, buxar, yağ, müşkün kəskin qoxusu mir ‐
va riyə ziyandır. Mirvarinin korlan maması üçün
onu səliqəli daşı maq və ara‐sıra təmizləmək
lazımdır. Duzlu su və sabunla yumaq məslə ‐
hət görülür. Bundan başqa, mirvarini paltarın
üstünə taxanda rəngi solmağa başlayır.
Kəhrəba
Kəhrəba (əmbər) – ağac qatranından əmələ
gəlmişdir. Qatran uzun müddət (30–40 mln. il)
dənizin dibində gilin içərisində qalaraq kəh ‐
rəbaya çevrilir. Onun tərkibində 79% karbon,
10% oksigen və 11% hidrogen vardır. Kəhrəba
izol yatordur. Ondan kəhrəba turşusu, tibb pre ‐
paratları və reaktivlər istehsal edilir.
Milyonlarla il əvvəl meydana gələn kəh ‐
raba (parçalar halında), əsasən, zərgərlikdə
istifadə olunur. Kəhrəba həddindən artıq şəffaf
olduğu üçün tərkibindəki hava qabarcıqları
aydın şəkildə görünür. Kəhrəbalar, adətən,
qızılı‐sarı, və açıq‐sarı rənglərdə olur. Qızılı‐
sarı kəhrəbalar sürtünmə nəticəsində elektrik ‐
lənirlər.
Təbii kəhrəbalar olduğu kimi, süni kəh ‐
rəbalar da geniş yayılıb. Onları bir‐birlərindən
fəqləndirmək olduqca asandır. Süni kəhrə ba ‐
ların əksəriyyəti boyanmış olur. Bunlar yaşıl,
bənövşəyi, mavi, qırmızı rənglərdir. Təbii
kəhrəbaları yandırdıqda şam qoxusu, süni
kəhrəbanı yandırdıqda sintetika, plastik və ya
şüşə qoxusu gəlir. Süni kəhrəbalar şüşə, plas‐
tik və ya sintetik qatrandan hazırlanır. Bir də
süni, kəhrəbalar tərli dəriyə toxunduqda qaşıntı
verir. Kəhrəba həddindən artıq yüngül və ya
həddindən artıq ağırdırsa, bu, süni kəhrəbadır.
Həmçinin tərkibində hava qabarcıqları daha
çox olan kəhrəbalar da süni kəhrəbalardır.
Kəhrəba, əsasən, Baltik dənizi, Burma,
Livan, Sicilya, Meksika, Rumıniya, Kanada,
Almaniyadan çıxarılır.
Dostları ilə paylaş: