Fritof Kapra 1939‐cu ildə Vyanada anadan
olmuşdur. Fizika sahəsində «elementar hissə ‐
ciklər və sistem nəzəriyyəsi» üzrə tədqiqatlar
apararaq 1966‐cı ildə fizika üzrə elmlər dok‐
toru dərəcəsini almışdır. Kapranın qlobal
elm arenasında ən məşhur əsəri «Tao Fizika»
əsəridir. O bu əsərində modern fizika ilə şərq
mistisizmi arasında paralellər quraraq eyni
zamanda fizika ilə metafizikanın bir‐birini
tamamladığını iddia edir. Ona görə varlıq
aləmində «gizli əlaqələr» mövcuddur. Bu
kontekstdə qeyd etməliyəm ki, Kapra özünü
həm buddist, həm də xristian‐katolik hesab
edir.
Fritof Kapra bir çox elmi nəzəriyyənin
dəyişdirilməsini təklif edir. Məsələn, o,
ekoloji nəzəriyyənin orqanizmlərin biologi ‐
yası, geştalt psixologiyası, ümumi və kiber‐
netik sistem əsasında yenidən tənzim lən məsinin
vacibliyini vurğulayır. Kapra hazırda ABŞ‐ın
Kaliforniya ştatında, Berkley şəhərində
özünün təsisçisi və direktoru olduğu Ekoloji
Tədqiqatlar Mərkəzinin rəhbəri vəzifəsində
çalışır. Digər tərəfdən Fransa, Almaniya və
ABŞ‐ın müxtəlif universitetlərində dərslər
verir.
Fritof Kapra bütün tədqiqatlarında qərb
cəmiyyəti üçün düz xətli (linear) və Rene
Dekartın əsasını qoyduğu mexaniki təfəkkür
tərzini tərk etməyə çağırır. O, Dekartın
iddiasını: «hissələri öyrənərək bütünlüyə çat‐
maq mümkündür» ciddi şəkildə tənqid edir.
Bu məqsədlə də Kapra oxucuları üçün
dünyanı obyektiv olaraq mürəkkəbliklər
kontekstində dərk etməyi məsləhət bilir.
Kapra «Tao Fizika» kitabında qeyd edir ki,
«dünyagörüşümüzə təsir edən fizikadakı
Dekart və Nyutonun gətirdiyi mexaniki
anlayışdan bütövcül (holistic) və ekoloji
anlayışa keçmək müasir dövrdə labüddür».
Kapranın əhəmiyyətli əsərlərindən biri də
«Dönüş nöqtəsi» (turninq point) adlandırdığı
əsərdir. O bu əsərdə də Nyuton və Dekartın
mexaniki dünyagörüşünə bağlanan modern
qərb mədəniyyətini holistik aspektdən tənqid
edir. Bu mənada dəyərlər və dünyagörüşü ‐
müzdə modern həyatın bütün yönləri bir
bütün olaraq ələ alınmalıdır. Məhz ətraf mühit
problemlərindən biologiyaya, modern fizi ‐
kadan genetik mühəndisliyə, texnoloji inki ‐
şafdan Şərq mistisizminə qədər uzanan
mövzuları tədqiq edən bu kitab alışdığımız
bir çox təfəkkür qəliblərini yerindən oynada‐
caq arqumentlərlə zəngindir. Məhz Kapra bu
Dostları ilə paylaş: