qiymətli müxtəlifliklərindən biridir. O, 1834‐cü
denşteyn tərəfindən Uralda tapılıb. Bu daşı ilk
zümrüd bilmişlər. Bu daşın birləş mə sin də olan
sına səbəb olur. «Aleksandrit» adı ona rus im‐
varisi Aleksandrın şərəfinə verilib. Ural alek‐
sandriti mavi – yaşılımtıl rəngdə olur. Qeyd
etmək lazımdır ki, dünya bazarında məhz həmin
daş başqalarından daha qiymətlidir. Seylon
daşları tünd‐yaşıl rəngi ilə fərqlənir. Ümumiy ‐
yətlə, aleksandrit daşlarının belə rəng çalarları
olur: gündüz, gün işığında – mavi‐yaşılımtıl,
yaşıl; gecələr – moruğu, pur‐pur qır mızı, tünd‐
qırmızı, qırmızı. Təbiətdə aleksandritə kiçik
kristallar şəklində rast gəlinir. Aleksandrit –
şəffaf daş olub sərtliyi Moos şkalası ilə 8,5‐ə
bərabərdir. Aleksandrit Zambiyada, Brazili ‐
yada, Rusiyada, Tanzaniyada, ABŞ‐da, Şri‐
Lankada, Madaqas karda çıxarılır.
Mirvari
Mirvarinin Müqəddəs Qurani‐Kərimdə
adının çəkilməsi, onun insanlara bəzək əşyası
kimi göndərilməsinə dair məlumatın olması,
cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.
Rəvayətə görə, mirvari insanların tökdüyü göz
yaşlarıdır və onlara həmişə bədbəxlik gətirir.
N.Tusi yazır: «....mirvari sevdadan doğan qor ‐
xunu və ürək döyüntülərini ortadan qaldırır.
İnsanın əhvali‐ruhiyyəsini yüksəldir. Qəm və
qüssəni unutdurur. Boğazdan gələn qanı
saxlayır. Göz xəstəliklərinin müalicəsində də
ondan istifadə edilir...»
Әslində, mirvari (inci), mərcan, sədəf,
çanaq üzvi maddədir. Odda yana, insan
bədəninin hərarətindən, tər və çirkdən vaxt
ötdükcə sıradan çıxa bilər. Sirkə və naşatır
kimi kəskin qoxulu maddələr mirvarini yeyir,
tərkibində kalsium karbonat – 91%, üzvi
maddə – 4%, su – 4% və müxtəlif maddələr
1%‐dir.
Bu qiymətli daşın özəlliklərinə, onunla
bağlı maraqlı hadisələrə toxunmazdan öncə,
yaranmasından, növlərindən, hansı məkan lar ‐
da daha çox tapılmasından, yetişdiril mə sin ‐
dən bəhs etmək yerinə düşər. Yeganə bəzək
əşyasıdır ki, onun emala ehtiyacı yoxdur.
Məhz bu keyfiyyətinə görə əsrlər boyu təbii
mirvarilər baha qiymətə təklif olunub. Düzdür,
süni mirvarilər peyda olandan sonra qiymət
düşməsi əmələ gəlsə də, təbii mirvari hələ də
öz yerini və qiymətini qoruyur.
Təbii və süni mirvaridən söz düşmüşkən,
qeyd etdiyimiz kimi, təbii mirvari, adətən,
dəniz midyalarının, şirin su molyusklarının,
bəzən də ilbizlərin qabıqları daxilində əmələ
gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar
bir hissəcik ilbizi və digər adıçəkilən hey van ‐
ları qıcıqlandıraraq şirə buraxmasına səbəb
olur. Şirə isə müəyyən zaman müddətində
kənar hissəciyi əhatə edərək mirvari əmələ
gətirir. Təbii mirvarilərin özü də iki yerə
bölünür: dənizdə və şirin suda, çayda yaşayan
canlılardan əmələ gələnlər.
Onu da qeyd edək ki, təbii mirvarilər
arasında ən diqqət çəkəni və bahalısı gümüşü
və gümüşü‐yaşıl çalarlı mirvarilərdir. Bu
mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin
ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcud‐
dur. Yetişdirilmiş mirvarilərin parıltıları isə bir
az sönük olur. Mirvariləri qiymətləndirmək
üçün, əsasən, yeddi şərt müəyyənləşdirilib:
rəng, parıltı, sədəf qatının qalınlığı, forma,
təmizlik, ölçü, çeşid. Bahalı mirvarilərdən biri
də maraqlı və qəribə tarixçəsi olan İngiltərə
krallarının tacını bəzəyən «Qaragül»dür. «Qara ‐
gül»ün çəkisi 50 karat idi. Amma tarixdə bun‐
dan da böyük mirvarilər olub. Təbii mirvarilər
arasında ən böyüyü hazırda Londonda Cənubi
Kensinqtondakı muzeydə saxlanılır. Onun
çəkisi 450 karatdır. İspaniya kralı II Filippə
(1527–1598) məxsus mirvarinin çəkisi 137
karat idi. Әsrlər boyu sadə insanlardan tutmuş
imperatorlara, krallara qədər hamı nın diqqətini
cəlb edən mirvari, litotera piyanın da metodları
Dostları ilə paylaş: