sıx, kürə və oval formadadır, yarpaqları
lansetşəkilli, parlaq, gümüşü rəngli olub zoğ
üzərində qarşı‐qarşıya düzülür, görkəmi və
rəngi ilə ağaca gözəllik verir.
Bitki birevli, çiçəkləri isə iki cin siyyətlidir.
Çiçək topası salxımlıdır. Bu sal xımlar yazda
əmələ gələn zoğların yarpaq qoltuqaltıla
‐
rından çıxır. Çiçəklər 4‐5‐ci sıra budaqlar
üzərində yaranır. Zeytun mayda çiçəkləyir
(şəkil 1). Çiçəkləri 4 ləçəkli (2 erkək və 1 dişi)
və sarımtıldır. Çiçək salxımları erkən yazda
əmələ gəlməyə başlayır, apreldə əmələ
gələnlər isə tədricən böyüyüb may ayında
açılır. Buna görə də zeytunun çiçəkləmə
vaxtında arada şaxtalar olsa da, çiçəklərin
hamısı tələf olmur. Bir çiçəyin ömrü 3–4 gün,
salxımın çiçəkləməsi 4–6 gün, kütləvi
çiçəkləmə isə 8–12 gün davam edir. Çiçəkləmə
havanın temperaturu 15–20
0
C olduqda
başlayır. Zeytun, əsasən, küləklə (anemofil)
tozlanan bitkidir.
Meyvəsi oval, yumru, uzunsov formalı, orta
irilikdə (2–5 q.) olur, meyvə ləti qırmı zımtıl ya
da qara olur, yağlıdır. Çəyirdəyin ucları küt və
ya şişdir, çox bərkdir. Meyvənin çəkisi 5–18 q‐dır.
Toxumdan çıxan ağacların çox qüvvətli və
dərinə gedən kökləri olur. Mil köklərindən
başqa ətrafa uzun köklər ayrılır. Zeytun
kökləri olduqca qüvvətlidir. Qayaların,
daşların arasına girərək özlərinə rütubət və
qida tapmağa qadirdirlər.
Qələm və pöhrə ilə çoxaldılan ağacların
kökləri bir qədər zəif olur, dərinə getməyib
torpağın üst qatlarında yerləşirlər. Zeytun
ağacı çox yavaş böyüyür, uzunömürlüdür.
Zeytun ağaclarında aktiv boyatma havanın
orta temperaturu 24–26
0
C şəraitində iki mər ‐
hələdə gedir:
1. Әn intensiv boyatma apreldən iyunun
sonuna qədər.
2. İyunun sonundan sentyabrın ortalarına
qədər.
Havanın orta temperaturu 8–10
0
C şərai ‐
tində ağaclarda boyatma çox yavaş gedir.
Havanın temperaturunun 30–35
0
C‐yə qədər
yüksəlməsi şəraitində ağaclarda boyatma pro ‐
sesi dayanır. Sortlardan asılı olaraq zeytun
ağac larının illik boyu müxtəlif olur. Prof.
İ.M.Axundzadə ağaclarda zoğların illik boyuna
görə sortları 3 qrupa ayırır.
1. Qüvvətli illik zoğları olan (boyu orta
hesabla 35–55 sm): Azərbaycan zeytunu, sevil ‐
yano, nikitski – I, qordal, nadvijskiy, neva ‐
dilyo, şirin zeytun, Mission.
2. Orta boylu illik zoğları olan sortlar: (orta
hesabla 30–35 sm): Raso, aqopsina, otur, della
madonna, qara zeytun, dolçe‐del‐Marokko və s.
3. Zəif illik zoğları olan sortlar (orta he ‐
sabla 30 sm‐ə qədər): Armudu zeytun, asko ‐
lana, buzovna zeytunu, dolmatskaya, kore djiolo,
krımskaya, leççino, mission, nikitskaya‐II, qor‐
val, pikvalis, tolqamskaya, tossiyskaya və s.
Yunanıstanda, Livanda, Anadoluda, İs‐
paniyada, İzraildə min illik zeytun ağaclarına
tez‐tez rast gəlinir. Suriyada və İsraildə 2 min
illik ağaclar da var.
Yaşlı zeytun ağaclarının torpaqüstü his səsi
tamamilə məhv olmur, köklərindən çıxan çoxlu
cavan pöhrələr ağacın cavanlaş ma sına imkan
verir. Bir yerdə zeytunun kökü asanlıqla itmir.
Bu səbəbə görə də zeytun əbədi yaşayan
ağaclar sırasına daxildir.
Dostları ilə paylaş: