Sızanaqlar üçün maska:
3 xörək qaşığı zeytun yağı ilə 4 xörək qaşığı
xörək duzu qarışdırılıb məcun halına salınır.
Sonra həmin məcun əllə üzə sürtülür. 2–3
dəqiqədən sonra ilıq sabunlu su ilə üz yuyu‐
lur. Bir həftə ərzində bunu hər gün tətbiq
etmək lazımdır. Sonrakı həftə isə həmin məcun
həftədə 2–3 dəfə təkrar üzə çəkilir. Üzün dəri ‐
sində yaxşılaşma hiss edilir, zeytun yağının
köməyilə təbii nəmlik qorunur, duz isə
məsamələri təmizləyir.
Maska ( üz dərisi üçün)
1 çay qaşığı bal, 1 çay qaşığı darçın, 1 çay
qaşığı zeytun yağı qarışdırıb həftədə 2 dəfə
üzə çəkilir. 10 dəqiqə sonra ilıq su ilə yumulur.
Bu maska üz dərisinin parlaqlığını artırır, qırış ‐
ları götürür, dərinin elastikliyini yüksəldir.
Mədə‐bağırsağın fəaliyyətini yaxşılaşdır ‐
maq, köpü aradan qaldırmaq üçün:
1 stəkan qatığa ½ çay qaşığı qırmızı istiot,
1 çay qaşığı nanə, 1 xörək qaşığı zeytun yağını
qarışdırıb, yatmazdan əvvəl içmək lazımdır.
Zeytun yağı qida üçün mühüm əhəmiy ‐
yətə malikdir. Ondan qiymətli konservlərin
hazır lan masında istifadə edilir. Statistikadan
məlum olur ki, zeytun yağı Türkiyədə bir ildə
adambaşına 1 kq işləndiyi halda, Yunanıs ‐
tanda 21 kq, İtaliyada 11,5 kq, İspaniyada 10,4
kq, Azərbaycanda isə bu rəqəm 0,025 kq‐a
bərabərdir.
Dostları ilə paylaş: |