Havanın fəal temperaturuna tələbi. Zeytun
istisevən subtropik meyvə bitkisidir. Onun
becərilməsi və yaxşı məhsul olması üçün ha ‐
vanın fəal temperaturunun cəmi 3500–4000
0
C‐dən
az olmamalıdır.
Zeytunun təbii vətəni şəraitində havanın
fəal temperaturun cəminin 3000–6000
0
C olması
məlumdur. Suvarma olduqda havanın yüksək
temperaturu şəraitində zeytun ağacları yaxşı
inkişaf edərək yüksək məhsul verir. Zeytun
ağaclarının Abşeron yarımadasında yaxşı
inkişafı və keyfiyyətli məhsul verməsi havanın
orta illik temperaturu +13,6 ‐ +14,2
0
C , ən isti
aylarda (iyul, avqust) +24,9 ‐ +25
0
C və ən
soyuq aylarda (yanvarda) 2,4‐3,6
0
C şəraitində
keçir. Burada havanın fəal temperaturunun
cəmi 4300‐4600
0
C‐ə bərabərdir. Ona görə də
bu şəraitdə Abşeronda zeytunun tez və gec
yetişən yerli və əcnəbi sortlarının əksəriyyəti
yaxşı inkişaf edərək hər il optimal miqdarda
məhsul verir.
Zeytun şaxtalara nisbətən az davamlıdır.
Qış şaxtaları və rütubəti şəraitində zeytunun
cavan hissələrini ‐7, ‐8
0
C‐də asanlıqla don‐
durur, lakin hava quru olduqda ‐13, ‐14
0
C
şaxtada donmur. Buna görə də zeytunun
soyuğa olan dözümü hər konkret şərait üçün
fərqlənir. Bir şəraitdə ‐8, ‐9
0
C şaxta lar da donan
zeytunlar, başqa şəraitdə ancaq ‐18, ‐19
0
C
şaxtada donur.
Rütubətli və münbit torpaqlarda bitən zey‐
tunun cavan zoğları zərif və sulu olduğundan
qışda tam yetişmir, biraz soyuq olduqda
asanlıqla donur. Quraq və çınqıllı torpaqda
olan zeytunların zoğları tam yetişir və şaxtaya
bir qədər dözümlü olur. Ümumiyyətlə, nə
dərəcə soyuğa dözümlü olması onun vege‐
tasiya şəraitindən, soyu
ğun birdən və ya
tədricən düşməsindən, illik budaqların
yetişməsindən, havanın rütubətli olmasından
və iqlimin kompleksindən ası lıdır. Torpağın
relyefi də şaxtaya davam lılı ğında böyük rol
oynayır. Dağ döşlərində zeytun asanlıqla
donur. Çoxillik tədqiqatlar göstərir ki, zeytun
bitkisi dünyada həmişə yaşıl subtropik meyvə
bitkiləri arasında soyuğa çox davamlı bitkidir.
Dostları ilə paylaş: |