firuzə, zümrüd, kəhrəba, əqiq (qırmızı və narıncı
rəngli qiymətli daş) və s. daşların müalicəvi
əhəmiyyəti haqqında danışılır.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca
– Diamant (m), ingiliscə – Diamond) saf kar‐
bondan meydana gəlib, ən sərt maddədir.
Karbon elementinin bir modifika siyası qrafit,
digəri isə almazdır. Almazın saf karbon
olduğu ilk olaraq Fransız kimyaçısı Lavuaze
tərəfindən aşkar edilmişdir. Lavuaze almazı
yandırmış və yanma qazının yalnız karbon‐
dioksit olduğunu görüncə almazın karbon
olduğu qənaətinə gəlmişdir.
Almaz çox nadir və eyni zamanda çox
geniş yayılmış mineraldır. Almaz istehsalı ilə
məşğul olan istehsal sahələrinə Antarktudan
başqa hər yerdə rast gəlmək olur. Bir neçə min
il əvvəl almazlar üzdə olan yataqlardan
çıxarılırdı. Yalnız XIX əsrin sonunda almaz
sənaye üsulu ilə çıxarılmağa başlayır.
Almazın çəkisinin ölçülməsində vahid
olaraq karat istifadə edilir (1 karat 200 milliq ra ‐
ma bərabərdir). Almazın optik xüsusiy yətləri
ona gözəllik və qiymətli zinət əşyası
xüsusiyyətini qazandırır. İşığı qırma indeksi
çox yüksəkdir (2,417). Yəni içəri qəbul etdiyi
şüa əks etdirdiyi şüaya görə çoxdur. Həmçinin
şüanı dispersiya etmə (yəni ağ şüanı rənglərə
ayırma) qabiliyyəti də olduqca yüksəkdir.
Radi asiyaları tutma xüsusiyyətlərinə görə iki
tipdədir.
Birinci tip, görünən şüanı absorbsiya
edənlər (udanlar); ikinci tip isə ultrabənövşəyi
və infraqırmızı şüaları absorbsiya edənlərdir.
İkinci tip almazlar təbii halda mavi rəngdə ‐
d ir lər.
Dostları ilə paylaş: |