R.İlyasov: – Azərbaycana gəldinizmi?
O. F.Sərtqaya: – Bir neçə dəfə gəldim Azər ‐
baycana. Bəxtiyar Vahabzadə ilə möhkəm dost
idim. Daha sonralar mərhum prezident Heydər
Әliyevin dəvəti ilə böyük bir türkoloqlar heyəti
ilə Azərbaycanda olduq. Deyəsən, 1998‐1999‐cu
illər idi. Mərhum Prezident Heydər Әliyev bizi
qəbul edib, bir istəyimizin olub‐olmadığını
soruşduqda, mən heç kimdən səs çıxmadığını
görüb cəsarətimi toplayıb sözə başladım. Dedim,
cənab Prezident, bizim türkologiya sahəsində,
xüsusilə Türkiyədə elmi fəaliyyətlə məşğul
olmuş dünya miqyaslı əslən Gəncədən olan
Әhməd Cəfəroğlu adlı bir alimimiz var. Xahiş
edirəm onun adının o zamanlar yaşadığı küçəyə
verilməsində köməkliyinizi göstərə si niz. Cənab
Prezident dərhal yanındakı köməkçilərə bu
təlimatı verdi və bu fikrimi çox yüksək qiymət ‐
ləndirdi. Mən İstanbula qayıtdıqdan 1 ay sonra
mənə Cənab Prezidentin belə bir fərman imza ‐
ladığını və həmin küçəyə Әhməd Cəfəroğ lunun
adının verildiyini bildirən rəsmi məktub gəldi.
Və mən buna çox şad oldum.
Dostları ilə paylaş: |