İnam yaratma baxımından da Heydər
Әliyev liderliyi ən gözəl nümunə ola bilər.
Azərbaycana rəhbərlik etdiyi dövrdə o,
həmişə xalqının inamına arxalandı, bu qarşı ‐
lıqlı inam ona və ölkəsinə uğur qazandırdı.
Dünyanın ən nüfuzlu liderləri həmişə Heydər
Әliyev şəxsiyyətinin səmimiliyinə inanırdı və
bu inam ölkəmizi bir çox fəlakətlərdən xilas
etdi.
Heydər Әliyev hər zaman öz sözünün
ağası idi və verdiyi vədi heç vaxt unutmurdu.
Әn sadə insana da, nüfuzlu liderlərə də dediyi
sözə sadiq qalırdı. Məhz sözünə bütövlük,
sözlə işinin yüz faiz eyniliyi həm xalqın, həm
də dünya liderlərinin ona inamının əsasında
dururdu. Kim lider olmaq və həmişə uğur
qazanmaq istəyirsə, məhz belə etməlidir. Bu,
çətin olsa da, şərəflidir və liderə həmişə uğur
gətirir.
Dostları ilə paylaş: