Kim öz kollektivində bu prinsipə riayət
edirsə, o, mütləq uğur qazanacaqdır.
İmkan yarandıqda lider işçilərinin vəzifə ‐
sini yüksəltməklə öz ətrafının qayğısına qal ‐
ma lıdır. Hesab edirəm ki, lider yaxın ətrafını
aşağıdakı insanlarla zənginləşdir məlidir:
1. Hər bir lider öz‐özünü təkmilləşdirməyi
bacarmalıdır. Həmişə yüksək potensiallı
adamları axtarın.
2.
Başqalarını daha yüksək səviyyəyə
qaldıra bilən və təşkilatda (kollektivdə)
mənəvi ruh yüksəkliyi yaradanların
əvəzi olmur. Onlar liderin yaxın ətrafı
üçün həmişə böyük sərvətdir.
3. Başqalarını ucalda bilənlər sizin yaxın
ətrafınız üçün olduqca qiymətli adamlar
ola bilərlər.
4. Öz yaxın ətrafınız üçün elə adamlar
axtarın ki, onlar sizin daha da
yüksəlməyinizə kömək edə bilsinlər.
5. İstənilən lider üçün о adamlar daha
qiymətlidirlər ki, onlar digər liderləri
yüksəltmək imkanına malikdirlər.
Lider yaxın ətrafını yaradarkən çətin ol‐
mayan bir neçə təklifi mütləq nəzərə almalıdır:
1.
Müxtəlif maraqları olan insanlarla
ünsiyyətdə olun. Ünsiyyət dairəsini
kiçik bir qrupla məhdudlaşdırsanız,
həyatınız cansıxıcı və kədərli olar. Yeni
dostlar tapın, yeni təşkilatlara daxil olun,
özünüzün ünsiyyət dairənizi genişlən ‐
dirin. Ünsiyyətdə müxtəliflik həyatı daha
parlaq, dünyagörüşünü daha geniş və
əhatəli edir. Müxtəliflik ağıl üçün yaxşı
pəhrizdir.
2. Çalışın ki, dostlarınız arasında baxışları
ilə sizdən fərqlənənlər də olsun. Müasir
dövrdə dar düşüncəli adamların böyük
gələcəyi ola bilməz. Sizdən fərqli baxış ‐
ları olan insanlarla ünsiyyətdə olun.
3. Xırdaçılıqdan uzaq olanlarla dostluq
edin. Evinizin sahəsi, məişət texni ka nız,
əşyalarınız, yaxud sizdə olmayan pred ‐
metlərlə daha çox maraqlanan, amma
ideyalarınıza məhəl qoymayan adam ‐
larla ünsiyyətin çox şey verib‐vermə ‐
yəcəyi haqda düşünün. Psixoloji ətrafı ‐
nızı neqativliklərdən qoruyun, pozitiv
düşünən, uğurlarınıza sevinən insan‐
larla dostluq edin. Planlarınızın həyata
keçməsində sizə kömək etməyə və sizi
ruhlandırmağa hazır olan dostlar tapın.
Әgər yaxın dostlarınız ara sında xırda ‐
çılıq edən adamlar varsa, siz də tədricən
xırdaçılığa yol verməyə məh kum sunuz.
Yaxın ətrafınıza həmişə diqqət edin. Onu
sizin üçün işləməyə məcbur edin. Yalnız
neqa tiv düşünənlərin sizi məğlubiyyətə istiqa ‐
mətləndirməsinə yol verməyin.
Sizə badalaq vurmaq istəyən paxılların
uğursuzluğunuza sevinməsinə imkan vermə yin.
Yalnız uğur qazanan insanlardan məsləhət
alın. Uğursuz məsləhətçiləri dinləyərək
gələcəyinizi təhlükə altına qoymayın.
Qaynar həyat yaşayın. Yeni adamlarla
görüşün, sizə stimul verən yeni mövzuları on‐
larla müzakirə edin.
Әtrafınızı ağılı zəhərləyən qeybətlərdən
təmizləyin. İnsanlar haqqında danışarkən
ancaq yaxşı danışın.
Həmişə ən yaxşısını götürün. Siz özünüzə
«ikinci növ» həyat arzu etməzsiniz.
Belə bir qayda var: uğur başqa adamların
köməyi olmadan qazanılmaz. Buna riayət
etmədən uğur qazanmaq mümkün deyil.
Şöbə müdiri onun tapşırıqlarını yerinə yeti ‐
rən əməkdaşlardan asılıdır. Әgər tapşırıqlar
yerinə yetirilmirsə, firmanın rəhbəri əmək
‐
daşları yox, rəhbəri işdən azad edir.
Fakültənin dekanı birbaşa tədris proqra ‐
mını həyata keçirən müəllimlərdən və müha ‐
zirəçidən asılıdır.
Siyasətçi seçicilərdən, yazıçı oxuculardan,
satıcı alıcılardan asılıdır. Әgər heç kim
satıcının malını almırsa, o, əbəs yerə çalışır.
Tarixdə elə zamanlar olub ki, kimsə
hakimiyyəti zorla alıb və zorla (və ya güc
qorxusu ilə) saxlayıb. Həmin dövrlərdə insan‐
lara ya «lider»lə əməkdaşlığa getmək, ya da,
sözün əsl mənasında, başını risk altında qoy‐
maq qalırdı.
Dostları ilə paylaş: