yaradır. İnam isə liderliyi mümkün edir.
Möhkəm dayaq qanunu məhz buna əsaslanır.
Daxili gücü olmayan liderlərə ağır gün ‐
lərdə arxayın olmaq mümkün deyil, belə ki,
onların fəaliyyət göstərmək və nəticə əldə
etmək qabiliyyəti daim dəyişir.
Әgər siz yalnız özünüzü yaxşı hiss et‐
diyiniz günlərdə lazımınca işləyirsinizsə, hə ‐
yatda olduqca böyük uğur qazanmağınız
mümkünsüzdür.
Mən nə vaxt möhkəm və stabil xarakterə
malik liderlər haqqında düşünürəmsə, ilk
növbədə, mərhum prezidentimiz Heydər
Әliyevi xatırlayıram. Şəxsi baxışlarından asılı
olmayaraq, hər bir adam ona inanırdı. Nə
üçün? Ona görə ki, Heydər Әliyev 40 ildən
çoxdur ki, xarakterin tamlığı simvoludur. О,
həmişə öz dəyərlərinə sadiq qalırdı və onları
rəhbər tuturdu. О nə vaxt xalqı qarşısında
öhdəlik götürürdüsə, onu axıra qədər yerinə
yetirirdi. О hər zaman saflıq və təmizlik
nümunəsi idi.
Yadda saxlamaq lazımdır ki, siz heç vaxt
yalnız danışmaqla özünüzə inam qazandıra
bilməzsiniz. О vaxt inam qazana bilərsiniz ki,
siz nəticə əldə edəsiniz, həm də daima saf,
vicdanlı olasınız, sizinlə işləyən insanlara
qarşı real şəxsi marağınızı bildirəsiniz. İnsan‐
lar güclü xarakterə malik liderlərə inanırlar.
Belə liderlər başqalarının potensial qabiliy ‐
yətinin də üzə çıxmasına şərait yaradırlar.
Dostları ilə paylaş: