Naviqasiya (istiqamətləndirmə) qanunu
Tərəfdarlar elə liderə ehtiyac duyurlar ki,
həmin liderlər onlara səmərəli marşrut açsın lar.
Həqiqət odur ki, hər bir kəs gəminin şturvalını
fırlada bilər, amma istiqamət götür mək üçün
lider tələb olunur. İstiqamət lən dirmə qanunu
belədir.
İstiqamətləndiricilər bütün səyahət yolunu
görürlər. 1993‐cü ildə Azərbaycan adında bir
gəminin dünyanın sivilizasiya okeanındakı
qeyri‐müəyyən istiqamətlənmiş, batmaq təhlü ‐
kəsində olan vəziyyəti var idi. Bu gəmi nin
şturvalını hər kəs fırladırdı, amma boş‐boşuna.
Bu gəminin istiqamətləndiricisi yox idi. Belə
bir vəziyyətdə gəmi sərnişinləri istiqamət ‐
ləndirici liderə daha böyük ehtiyac duyurdu‐
lar. Və onlar gəminin istiqamət lən diricisini,
onu batmaq təhlükəsindən xilas edəni və
dünya okeanında lazımi istiqamətə yönəldə
bilən insanı tapdılar. Bu, on illərlə dünya
siyasət okeanında böyük naviqator olmuş
Heydər Әliyev idi. O, Azərbaycan adlı gəmini
batmaqdan xilas etdi, onu böyük ustalıqla
sahilə yönəltdi, qüsurlarını aradan qaldırdı,
texniki imkanlarını artırdı, təhlükəsizlik para ‐
metrlərini gücləndirdi, onun sərnişinləri nin
yaşamaq, yaratmaq əzmini artırdı, onların
qorxu hissini yox etdi və yenidən dünya sivi‐
lizasiya okeanında istiqamətlənmiş hərəkətini
təşkil etdi. Bu hərəkət yüz illər boyu uğurlu
yol istiqamətidir. Dahi liderlər zaman anla ‐
mında çox‐çox uzağı görə bilirlər. Odur ki,
isti
qamətləndirmə qanununa maksimum
uyğun gələn liderlərin yaratdıqları hər zaman
uğurlu və uzunömürlü olur.
Dostları ilə paylaş: |