Təsir qanunu
Әgər insan təsir etmək qabiliyyətinə malik
deyilsə, o, başqalarını ardınca apara bilməz.
Liderin təsir gücü yüksək olduqca onun lider
kimi uğurları da, ardıcıllarının sayı da çoxalır.
Dünyanın liderlik zirvəsində olanlar ara ‐
sında Azərbaycana 30 ildən çox müddətdə
rəhbərlik etmiş, onu yüksək inkişaf səviy ‐
yəsinə qaldırmış ümummilli liderimiz Heydər
Әliyevin xüsusi yeri var. Onun lider kimi
cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi.
Heydər Әliyev xalqının, ölkəsinin, dünyanın
tarixini çox gözəl bilirdi. O bilirdi ki, hər bir
xalq kimi, Azərbaycan xalqı da öz tarixi keç ‐
mişini, mədəniyyətini çox sevir. Lakin artıq
XX əsrin 60‐cı illərində bu sahədə ciddi
unutqanlıq, yaddaşdan silinmə var idi. Məhz
bunu nəzərə alan Heydər Әliyev 1969‐cu ildə
respublikaya rəhbərliyə gələn kimi qədim
milli dəyərlərimizi, mədəniyyətimizi, incəsə ‐
nə timizi, tariximizi özümüzə qaytarmaq sahə ‐
sində ciddi addımlar atdı. Nizamini, Nəsi mini,
Xətaini özümüzə qaytardı, Dədə Qorqudu‐
muzu layiq olduğu müdriklik zirvəsinə
qaldırdı, dünyaşöhrətli alimlərin, bəstəkarla ‐
rın, sənətkarların yetişməsi üçün əvvəllər ol‐
mayan şərait yaratdı. Bu, xalqın keçmişi ilə
bağlı hislərinin oyanmasına səbəb olan ən
güclü təsir idi.
Heydər Әliyev iri sənaye kompleksləri
yaratmaqla, kənd təsərrüfatını aqrar‐sənaye
kompleksinə çevirməklə bütün ölkənin sinxron
inkişafını istiqamətləndirdi.
Hələ keçən əsrin 70‐ci illərində rüşvət ‐
xorluğa amansız mübarizə elan etməklə gənc ‐
liyin əqidəsinə müsbət təsir etdi, onları əda lətli
olmaq ruhunda tərbiyələndirdi, hər kəsi
Dostları ilə paylaş: |