Yaxın ətraf qanunu
Hər bir liderin potensialı onunla sıx əla ‐
qədə olan insanlarla təyin olunur. Әgər ətraf ‐
dakılar güclü ruh yüksəkliyinə malik dirlərsə,
onda həmin lider bütün təşkilata güclü təsir
edir. Әgər onlar zəifdirlərsə, lider heç nə edə
bilməz. Bu da yaxın ətraf qanunu ilə əlaqə ‐
dardır.
Təbiətən lider olan və ciddi çalışmalar nəti ‐
cəsində liderlik zirvəsinə ucalanların uğur ‐
larının əsas səbəblərindən biri də onların yaxın
ətraf qanununu nəzərə almalarıdır. Bu baxım ‐
dan ümummilli liderimiz Heydər Әliyevin iş
təcrübəsi çox gözəl nümunədir. О bütün
rəhbərliyi dövründə ən yüksək dövlət vəzi ‐
fələrindən tutmuş kiçik müəssisələrin müdir ‐
lərinə qədər hər bir rəhbər işçinin əsl lider
kimi yetişməsinə, onların ətrafında işgüzar ‐
ların olmasına ciddi tələbkarlıq göstərirdi. Son
on ildə Azərbaycanın xarici siyasətdə, iqti‐
sadiyyatda və s. sahələrdəki uğurları Heydər
Әliyev liderliyi üçün yaxın ətraf qanununun
əsas olmasını şərtləndirən amillərdən, bəlkə
də, ən birincisidir. Məhz yüksək peşəkarlıq və
idarəçilik məharəti ilə təşkil olunmuş yaxın
ətraf, yəni bütün dövlət strukturları, hə a
mərhum prezidentimiz Heydər Әliyevin
ölkədə olmadığı 7 ay ərzində də öz işlərinin
öhdəsindən layiqincə gəldilər, dövlətçiliyi
qoruyub saxladılar, ölkədə sabitliyi və onun
beynəlxalq nüfuzunun daha da artmasını
təmin etdilər, iqtisadiyyatın ritmik işini təşkil
etdilər, ən əsası isə respublikamızda prezident
seçkisinin dünyanın qəbul etdiyi səviyyədə
keçirilməsinə nail oldular. Dövlətin bütün
strukturlarında çalışan liderlərin hamısının
adını sadalamaq mümkün deyil. Və mən heç
kəsi bir‐birindən ayırmadan, sadəcə, qeyd
etmək istəyirəm ki, dünyaşöhrətli lider
Heydər Әliyevin böyük ustalıqla yaratdığı
dövlət mexanizmi öz funksiyasını ona görə
zərgər dəqiqliyi ilə yerinə yetirdi ki, o, yaxın
ətraf qanununun tələblərinə uyğun işləyən
dövlət strukturu yaratmışdır. İndi bu struktur
fəaliyyətini uğurla davam etdirir və burada
Heydər Әliyev liderlik məktəbinin ənənələri
öz rolunu oynamaqdadır.
Dostları ilə paylaş: |