Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə60/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   56   57   58   59   60   61   62   63   ...   152
İntuisiya qanunu

Özünün liderlik intuisiyasının köməyi ilə

lider hər şeyi liderlik prizmasından qiy 

mətləndirir. Bəziləri yaxşı liderlik intuisiyası



ilə doğulurlar, bəziləri isə cidd‐cəhdlə

işləyərək intuisiyalarını itiləməli olurlar. Son

nəticə hansı üsulla əldə edilməsindən asılı ol‐

mayaraq, o, təbii qabiliyyətin və əldə olunmuş

vərdişlərin vəhdətidir. Məhz belə məlu mat ‐

lanmış intuisiya liderlik problemlərini həll

etməyə imkan verir. İstənilən gözlənilməz

vəziyyətlərdə lider başqalarının gözündən

yayınan detalları sezə bilir.

Harada olmağınıza baxmayaraq, ətrafı nız ‐

da baş verənlərin hamısı daha geniş hadisələr

kontekstində olur. Baxılan hər hansı anda

liderlər baş verənlərdən abstraktlaşa bilirlər,

həmin anda onların özləri və onlara tabe olan

adamların hansı vəziyyətdə olmalarını

görməklə yanaşı, həm də onların hamısının

gələcəkdə hansı istiqamətə gedəcəklərini də

görürlər. Həqiqi lider dəyişmələr küləyinin

istiqamətini duymaq qabiliyyətinə malik olur.

Bu baxımdan Heydər Әliyev fenomeni

təkrarolunmazdır və böyük məktəbdir. 2003‐cü

ilin sonlarında Rusiyanın ORT kanalında

«Vremena» verilişində iştirak edən dövlət

adamlarından biri, haqlı olaraq, qeyd etdi ki,

Qafqazda fəaliyyətinin bütün dövrlərində

tarazlaşdırılmış siyasət yeridən yeganə lider

Heydər Әliyev olmuşdur. Digər bir məqam da

2003‐cü ildə başlanan ABŞ–İraq müharibəsi ilə

bağlıdır. Məhz bu halda da Heydər Әliyev

özünəməxsus uzaqgörənliklə antiterror əməliy ‐

yatlarında ABŞ‐ı dəstəkləyən koalisiyaya

qoşul maq təklifini qəbul etdi və bununla da

sonrakı mərhələlərdə  ABŞ‐ın Azərbaycana

dəstək verməsi üçün şərait yaratdı.



Әlaqə qanunu

Әsl liderlər ünsiyyəti sevir. Ünsiyyət isə

yalnız söhbətlər və uğurlu nitqlər vasitəsilə

yarandıqda daha möhkəm olur. Hamıya

məlumdur ki, dünyanın siyasi elitasının ən

uca zirvələrindən birində qərar tutan, yüksək

natiqlik mədəniyyəti, dinləyicilərin diqqətini

özünə cəlb etmək qabiliyyəti ilə də yad daş ‐

larda qalan mərhum prezidentimiz Heydər

Әliyev ünsiyyət, əlaqə yaratmaq sahəsində

çox böyük istedada malik idi. Saatlarla onun

nitqini dinləyənlər yorulmur, diqqətlərini

ondan çəkə bilmirdilər. O sanki salonda

əyləşən yüzlərlə insanın hər biri ilə əlaqə qu‐

rurdu. Onun nitqini uğurlu edən faktorlardan

biri də məhz bu qabiliyyət idi. Hə a evdə,

televizor qarşısında əyləşib onun çıxışına

qulaq asanlar da Heydər Әliyev natiqliyinin

sehrinə düşürdü və sona qədər bu sehrdən

qurtara bilmirdi. Onda insanları inandırmaq,

nitqində səmimi olmaq, emosionallığı yetə ‐

rincə təmin etmək, intuitiv olaraq salonun ab‐




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin